Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:17

Tikinti sektorunda böhran niyə dərinləşir?


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycanın sənaye və ticarət sektorundan sonra üçüncü böyük sahəsi - tikintidə böhran getdikcə dərinləşir. Bunu rəsmi statistik məlumatlara söykənən iqtisadçı Qubad İbadoğlu deyir.

İqtisadçının bildirdiyinə görə, Dövlət Statistika Komitəsi son açıqlamasında bu ilin 1-ci rübündə tikinti sektorunda məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə kəskin azaldığını bəyan edib:

«2016-cı ilin yanvar-mart aylarında əsas kapitala 2,88 milyard manat məbləğində vəsait yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz azdır»

İqtisadçının təhlillərinə görə, tikintidəki tənəzzülün əsas səbəbi təkrar maliyyələşmə fazasının zəifləməsi, bank sektorunda kapital qıtlığının yaranması və dövlət sifarişlərinin kəskin azalmasıdır.

«Rəsmi məlumatlara görə, məhdudlaşdırılmış fiskal siyasət nəticəsində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,3 faizini təşkil edib. Halbuki, ötən ilin eyni dövründə müvafiq göstərici indikindən 2 dəfə çox idi. Hazırkı şəraitdə inşaat sektorunda müşahidə olunan durğunluq tikinti materialları və inşaat texnikası bazarlarına da əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Tamamlayıcı və əlavə aksesuarlar, eləcə də mebel sənayesi, hətta pərdə-tül istehsalı da inşaat sektorundakı böhranın əsas qurbanlarından sayıla bilər».

İqtisadçıya görə, tikintidəki böhranın mənfi nəticələrindən biri də inşaat bölməsində mövcud iş yerlərinin sürətlə bağlanmasıdır:

Qubad İbadoğlu
Qubad İbadoğlu

«Son 1 il ərzindən ən böyük işçi ixtisarı tikinti sektorunda qeydə alınıb. Onun da da başlıca səbəblərindən biri dövlət büdcəsindən investisiya xərclərinin maliyyələşdirilməsinin məhdudlaşdırılması və ölkədə ümumi iqtisadi durğunluqdur. Hazırda daha çox regionlarda və hətta Bakı şəhərində də tikinti işlərinin əksəriyyəti dayanıb, işçilər öz hesablarına məzuniyyətə buraxılıb. Odur ki, inşaat sektorda hər hansı bir müsbət dəyişikliklər baş verməzsə bu işgüzar fəallığa və işsizliyə ciddi şəkildə mənfi təsirlərini göstərəcək».

Q. İbadoğlu Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasını yaxşı təşəbbüs kimi xarakterizə edib. Ancaq onun fikrincə, bu, gecikmiş qərardır.

XS
SM
MD
LG