Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:52

Putini müharibəyə Patruşev təhrik edib? - Qərb mediası


Nikolay Patruşev (solda) və Vladimir Putin
Nikolay Patruşev (solda) və Vladimir Putin

The Times yazır ki, COVID-19 pandemiyasına görə Putinin ətraf mühitdən təcrid edilməsi müharibənin başlanmasında mühüm rol oynayıb

Rusiya Təhlkükəsizlik Şurasının katibi Nikolay Patruşev və Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Ukraynaya qarşı müharibənin ən qızğın tərəfdarları olublar.

Britaniyanın The Times qəzeti yazır ki, prezident Vladimir Putini də onların müharibəyə təhrik etdikləri düşünülür.

Qəzet jurnalist Ouen Metyuzun çapa hazırlanan kitabından parçaları nəşr edib.

Jurnalist yazır ki, əsas müharibə qızışdıranların Patruşev və Bortnikov olduqlarını ona Ukraynaya müdaxilə məsələsi ilə yaxından tanış olan Rusiya məmurları deyiblər.

Müəllif iddia edir ki, Patruşev, Bortnikov və Rusiya güc strukturlarının onlara yaxın mövqe tutan məmurları Rusiyanı Qərbin guya getdikcə artan strateji təhlükəsindən xilas etməyin yeganə yolunun Ukraynaya “önləyici” zərbə endirilməsinin olduğuna əmin idilər.

Rusiya qvardiysası – Rosqvardiyanın başçısı Viktor Zolotuxin indi artıq bağlanmış Exo Moskvı radiosunun baş direktoru Aleksey Venediktova demişdi ki, əslində “Ukrayna mövcud deyil” və o sadəcə olaraq Rusiya ilə Amerika arasında bufer ərazidir.

Putinin daralan çevrəsi

Ukraynaya müdaxiləni hazırlayanların arasında Patruşev, Bortnikov və Putinin özündən başqa habelə müdafiə naziri Sergey Şoyqunun olduğu qeyd edilir.

Lakin kitab müəllifinin fikrincə Şoyqu bu məsələdə ideoloq yox, icraçı rolunu oynayıb.

Bu da deyilir ki, Şoyqu hətta zaman-zaman tərəddüd nümayiş etdirib.

Müəllif bildirir ki, Putinin ətrafında müharibənin ən qızğın tərəfdarı Nikolay Patruşev olub.

The Times yazır ki, COVID-19 pandemiyasına görə Putinin ətraf mühitdən təcrid edilməsi müharibənin başlanmasında mühüm rol oynayıb.

Həmin vaxt Putinin çevrəsi son dərəcə məhdudlaşıb və bu çevrədə Ukraynanın mütləq nəzarətə alınmasının vacib olduğunu düşünənlər üstünlük təşkil ediblər.

Ukraynanın ram edilməsi ilə Qərbə qarşı mübarizənin güclənməsində israr edənlərdən biri də biznesmen Yuri Kovalçuk idi.

Rusiya Qərbə təklif yox, ultimatum vermişdi

Qəzet yazır ki, Ukraynaya qarşı müharibəyə dair prinsipial qərar 2021-ci il, yayın sonlarında qəbul edilib.

Bununla belə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qarşısında müharibədən yan keçilməsi üçün Qərbdən daha böyük güzəştlər əldə edilməsi vəzifəsi qoyulmuşdu.

The Times yazır ki, Lavrovun özü bu qarşıdurmanın müharibəsiz sona çatmasını istəyirdi və Putinin də bu fikirdə olduğunu düşünürdü.

Rusiyanın 2021-ci ilin dekabrında tələb etdiyi təhlükəsizlik qarantiyaları Qərb üçün məqbul deyildi.

The Times yazır ki, Rusiya XİN tərəfindən irəli sürülən bu təklifləri Qərb, o cümlədən Britaniya diplomatları düzgün yozmamışdılar.

Onlar düşünürdülər ki, Putin Qərblə danışıqlar apararaq müəyyən güzəştlərə nail olmaq istəyir, halbuki söhbət Moskvanın ultimatumundan gedirdi.

The Times yazır ki, Rusiya elitasının, hətta Təhlükəsizlik Şurasının üzvləri də daxil nümayəndələri Putinin Ukraynaya qarşı müharibəyə başlamaq qərarından fevralın 21-dək tam xəbərsiz idilər.

Əvvəlcədən videoya yazılmış “canlı yayım”

İddia edilir ki, Putinin mətbuat katibi Dmitri Peskov şəxsi söhbətlərindən birində Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyətinin Kiyev üzərinə hücum barədə məlumatı yalnız bu qurumun iclasında aldıqlarını bildirmişdi.

Bunların arasında xarici işlər naziri Sergey Lavrov da var idi.

Qondarma “DXR” və “LXR”-in tanınmasına dair qərar da məhz bu iclasda qəbul edilmişdi.

'Azərişıq'dan ümidini üzən camaat özü-özünə işıq çəkir
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

The Times Peskova istinadən yazır ki, Təhlükəsizlik Şurası iclasının televiziya ilə canlı yayınlanacağını qurumun üzvlərinə elə fevralın 21-də bildirmişdilər. Amma bütün hallarda telekanallar bu iclasın videoyazısını göstərmişdilər.

Bu da iddia olunur ki, Putinin Ukraynada “xüsusi əməliyyatın” başlanacağına dair nitqi fevralın 23-də yazılmışdı.

Ertəsi gün Ukraynaya qarşı genişmiqyaslı müharibə başlanmışdı.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiyanın hakimiyyət orqanları The Times qəzetinin məqaləsinə hələki reaksiya verməyiblər.

XS
SM
MD
LG