Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:40

Tofiq Yaqublunun həbsinə qərar verildi


T.Yaqublu
T.Yaqublu

Tofiq Yaqublu haqqında həbs-qətimkan tədbiri seçilib

Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu haqqında bu gün, martin 23-də Nizami Rayon Məhkəməsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu barədə jurnalistlərə prosesdən sonra vəkil Elçin Sadıqov məlumat verib. Onun deməsinə görə, prosesin hakimi Nəriman Mehdiyev olub: «Tofiq Yaqublu özünü təqsirli bilmir, təbii ki, qərardan apellyasiya şikayəti verəcəyik. Qərarı tamamilə əsassız və qanunsuz hesab edirik».

Vəkilin deməsinə görə, T.Yaqublu 3 saylı İstintaq Təcridxanasına aparılacaq.

Prosesdən sonra T.Yaqublunun qızı Nigar Həzi isə deyib ki, koronovirus təhlükəsi ilə bağlı bir çox ölkələrdə məhbusların sərbəst buraxılmasına başlanıb: «İlham Əliyev isə həbsxanaları doldurur».

O, baş verənlərin atasının səhhətinə pis təsir edəcəyindən narahatdır.

Onun bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Tofiq Yaqublu məhkəməyə aparılıb

Saat təqribən 14:30 radələrində Tofiq Yaqublu Nizami Rayon Prokurorluğundan da çıxarılaraq yaxınlıqdakı rayon məhkəməsinə aparılıb.

Y.Yaqublu məhkəməyə aparılır.
Y.Yaqublu məhkəməyə aparılır.

+++

Saat təqribən 14 radələrində vəkil Elçin Sadıqov da Nizami Rayon Prokurorluğuna buraxılıb. Bir qədər öncə müdafiə tərəfi bildirmişdi ki, T.Yaqublunun özü də vəkil kimi onun müdafiəsinə E.Sadıqovun buraxılmasını tələb edir.

Tofiq Yaqublu prokurorluğa gətirilib

Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu Nizami Rayon Prokurorluğun gətirilib. Amma, hələlik, vəkil Elçin Sadıqov binaya buraxılmayıb.

Prokurorluğun önündə gözləyən jurnalist və fəalların sözlərinə görə, başqa bir vəkil isə binaya buraxılıb.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi və prokurorluqdan münasibət almaq mümkün olmayıb.

T.Yaqublunun prokurorluqdan sonra məhkəməyə aparılacağı gözlənilir.

Prokurorluğun önü
Prokurorluğun önü

Tofiq Yaqublunun müdafiə komitəsi yaradılıb

Müsavat Partiyası Tofiq Yaqublunun hüquqlarının müdafiə komitəsi yaradıb.

Bu barədə bu gün-martın 23-də Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb. «Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamın tam uydurma olduğunu bildirərək onun dərhal azadlığa buraxılmasını tələb edirik», - partiyadan vurğulayıblar.

Verilən məlumata görə, Komitəyə başqan müavini Fərəc Kərimli rəhbərlik edəcək. Komitəyə partiyanın rəhbər şəxsləri, o cümlədən hüquqşünas vəkillər daxil olub.

Vəkil: 'Bu müdafiə hüququnun pozulmasıdır'

«Martın 22-si axşam da gəldim buraxmadılar, indi də bir saatdan çoxdur ki, Nizami Rayon Polis İdarəsinin önündəyəm, hələ də məni Tofiq Yaqublu ilə görüşə buraxmırlar».

Bunu bu gün, martın 23-də T.Yaqublunun vəkili Elçin Sadıqov bildirib: «Deyirlər ki, istintaq idarəsinin rəisi və müstəntiq yerində yoxdur...».

Onun sözlərinə görə, T.Yaqublu Nizami Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində tutulur.

«Bu, müdafiə hüququnun kobud şəkildə pozulması deməkdir. Hələ ki, idarənin qarşısında gözləyirəm», - deyə vəkil əlavə edib.

DİN: 'Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən...'

Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun saxlanmasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov vurğulayıb ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində T.Yaqublunun idarə etdiyi «Toyota Corolla» markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi «VAZ-2107» markalı avtomobillə toqquşub.

«Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər», - E.Zahidov iddia edib.

E.Zahidov qeyd edib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

Verilən məlumata görə, «VAZ-2107» markalı avtomobilin sürücüsü E.Cəbrayılov və onun həyat yoldaşı C.Cəbrayılova isə iş üzrə zərərçəkmiş qismində tanınaraq dindiriliblər. Həmin maddə üzrə şəxs 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

+++

Son məlumata görə, Tofiq Yaqublu saxlandığı müddətə vəkilsiz ifadə verməyəcəyini bildirib və vəkilin gəlməsini gözləyib. Bir müddət sonra vəkil Elçin Sadıqov Nizami Rayon Polis İdarəsinə gedib, amma o Yaqublu ilə görüşə bilməyib. Ona işi araşdıram müstəntiqin artıq getdiyi bildirlib. Vəkil martın 23-də Tofiq Yaqublu ilə görüşə cəhd edəcəyini bildirib.

Elçin Sadıqov, 22 mart 2020
Elçin Sadıqov, 22 mart 2020

Nigar Həzi: 'Atama cinayət işi açılır'

Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun 5 saata yaxındır Nizami Rayon Pois İdarəsində olduğu bildirilir.

O, bu gün, martın 22-də saat 16 radələrində “Facebook” səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. “Dostlar, ciddi təxribatla üzləşmişəm.

“8-ci kilometr bazarı”nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”, deyə o yazmışdı.

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi da AzadliqRadiosuna bildirib ki, Tofiq Yaqublu özü Xətai Rayon Polis İdarəsinə şikayət edib, bir saatdan çox orada olsa da, sonradan onu Nizami Rayon Polis İdarəsinə aparıblar.

Tofiq Yaqublu azadlığa çıxdı
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Tofiq Yaqublunun qızı Nigar Həzi də açıqlama yayıb:

“Polis əməkdaşının verdiyi məlumata görə istintaq gedir. Polisin dediyindən belə başa düşdüm ki, maşını vuran şəxslər Tofiq Yaqubludan şikayətçi olublar. Atam guya maşından düşüb, onlarla dalaşıb və onlara xəsarət yetirib. Hələki, araşdırma gedir. Atama görə çox narahatam. Müalicə alırdı. Virusun meydan suladığı bir vaxtda onun həbsi səhhəti üçün ciddi təhlükə yaradacaq”

Bu xəbər hazırlanarkən isə Nigar Həzi növbəti açıqlama yayıb.Tofiq Yaqublu ilə danışdığını qeyd edən N.Həzinin vurğulamasına görə, atası deyib ki, ona cinayət işi açılmaqdadır. “ Atama cinayət işi açılır.Telefonda özü dedi...”

Daxili İşlər Nazirliyi və şikayətçi olduğu deyilən tərəfdən isə, bütün bu qeyd edilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Əli Kərimli və Tofiq Yaqublu birgə mitinqə gələrkən mülki geyimlilərin təzyiqləri ilə üzləşiblər
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

Xatırlatma

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlardan sonra həbs olunub.

O, həmin vaxt kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunub.

2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 5 il müddətinə habs edilib.O, 2016-cıilin martında əfv olunub. Amma sonradan da inzibati qaydada həbs həyatı yaşayıb.Həbsdə işgəncələrə məruz qaldığını açıqlayıb.Hərçənd, DİN işgəncə şikayətini əsassız sayıb.

XS
SM
MD
LG