Ermənistanın müdafiə nazirliyi Azərbaycan ordusunun son vaxtlar Naxçıvan istiqamətində irəliləməsi barədə məlumatlara münasibət bildirib.
Müdadfiə naziri David Tonoyan noyabrın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, həmin ərazilər mövqelərarası məkanda yerləşir və heç vaxt Ermənistan ordusunun nəzarətində olmayıb.
Qeyd edək ki, “Bellingcat” saytı peyk çəkilişinə istinadla bu günlərdə Azərbaycan ordusunun Naxçıvan istiqamətində əhəmiyyətli irəliləməsi barədə məlumat yayıb.
Azərbaycanın müdafiə nazirliyi hələ ki, bu məlumatlara münasibət bildirməyib.
AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, Tonoyan həmçinin qeyd edib ki, Ermənistan Rusiyadan SU-30 qırıcı təyyarələri almağı planlaşdırır.
O yaxın vaxtlarda bu barədə yekun qərar qəbul ediləcəyini deyib.