Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:43

Ermənistanın keçmiş müdafiə naziri saxlanıb


David Tonoyan
David Tonoyan

Saxlananlar 2 milyard 277 milyon 323 min 849 dramın mənimsənilməsində, saxtakarlıqda, ictimai təhlükəli hərəkətlərin törədilməsində ittiham olunurlar.

2018-2020-ci illərdə Ermənistanın müdafiə naziri olmuş David Tonoyan və təchizatçı şirkətin direktoru David Qalstyan xüsusi böyük məbləğdə dövlət vəsaitinin mənimsənilməsində şübhəli bilinərək saxlanıblar. Bunu Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) təsdiqləyib.

Onlar Ermənistan Silahlı qüvvələrinin silahla təchizatı prosesi zamanı yüksək vəzifəli məmurların səlahiyyətindən sui-istifadəsi və xidməti saxtakarlığı üzrə açılmış cinayət işi çərçivəsində saxlanılıblar.

2 milyard 300 milyona yaxın vəsait

Rəsmi məlumata görə, saxlananlar 2 milyard 277 milyon 323 min 849 dramın mənimsənilməsində, saxtakarlıqda, ictimai təhlükəli hərəkətlərin törədilməsində ittiham olunurlar. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət olunub. MTX ölkənin silahlı qüvvələrinin bəzi keçmiş və indiki vəzifəlilərinı qarşı cinayət işi qaldırıldığını xəbər verir.

David Qalstyan bu ilin fevralında da MTX-nin vəsatəti ilə həbs olunmuşdu. Ancaq dörd aydan sonra apelyasiya məhkəməsi ilkin instansiyanın qərarını ləğv edərək onu azadlığa buraxdı.

Erdoganla Putin Soçidə Qarabağı müzakirə etdilər
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Kontraktdakı sursat çatdırılmayıb

MTX-nin məlumatına görə, Qalstyanın “Moston Engineering” şirkəti Müdafiə Nazirliyi ilə bağladığı kontrakta uyğun olaraq 2018-ci ildə ordunu toplar üçün uyğun kalibrli, 1983-1986-cı illər istehsalı mərmilərlə təmin etməliydi. Ancaq çatdırılan sursat 1977-ci ilin Çexiya istehsalı olub, texniki parametrlərinə kontraktda göstəriləndən geri qalıb, onlarla döyüş tapşırıqlarını yerinə yetirmək mümkün olmayıb. Beləliklə Qalstyan 1 milyon dollardan çox vəsaiti mənimsəyib.

Onun vəkili isə təkzibedilməz dəlillər təqdim olunduğunu, təchizatın kontrakta uyğun gəldiyini bildirib.

Gürcüstan Paşinyan ilə Əliyevi görüşdürə biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:05:27 0:00

Sentyabrın 29-da Silahlı Qüvvələrin baş qərargah rəisinin müavini Stepan Qalstyan və keçmiş müdafiə naziri David Tonoyanın MTX-yə çağırıldığı, onların mənzillərində axtarış aparıldığı bildirilib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG