Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:52

Fermer harayı: 'Kəndli bu qışı çıxara bilməz'


Əlixan Həsənov
Əlixan Həsənov

►Hökumət “azad bazar şəraitidir” deyir

Kəndlilər, sözləşibmiş kimi, yetirşdirdikləri məhsulun ucuzluğundan dad döyürlər.

Tovuzlu fermer Əlixan Həsənov əmindir ki, “bu qış kəndlilərə ağır keçəcək”. Dediyinə görə, indi məhsul boldur, o səbəbdən qiymət də çox ucuzdur.

Tovuzlu fermer Əlixan Həsənov əmindir ki, “bu qış kəndlilərə ağır keçəcək”
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00
Direct-ə keçid

O qədər ucuzdur ki bir dərimdə topladığı 270 kiloqram lobyadan ona, cəmi-cümlətanı, 27 manat qalıb. Yana-yana deyir bu sözləri və əlavə edir ki, məhsulun pula getmədiyini görən bəzi kəndlilər onu elə tarladaca qoyublar...

Fermer yaranmış durumu Kənd Təsərrüfatı Nazirliyinin “plansız iş görməsi”, üstəlik, kəndlinin xarici bazara çıxışının məhdudlaşdırılması ilə izah edir:

- Əkdiyin məhsulun çıxışı yoxdur ölkədən. Məhsul su qiymətinədir. Kəndlinin əkib-becərdiyi kartof 22-23 qəpik, uzağı, 25 qəpikdir. Pomidor 20-22 qəpik, bibər 20 qəpikdir. Belədirsə, kəndli qış azuqəsi hazırlaya bilmir. Bu il kəndliyə qışda çox çətin olacaq, çünki iş yeri yoxdur, hamı ümidini torpağa bağlayıb. Torpaqdan da qazanc götürə bilmirsə, qışı nəylə, necə çıxaracaq? Bu məsələ hökumət səviyyəsində həllini tapmalıdır. Kooperativlərmi, başqa təşkilatlarmı, - əhalidən məhsulu alıb satışını təmin etməlidir, ya xaricə, ya da daxildə. Xüsusən, xaricə çıxışı təmin etməlidir. Ölkədə, məsələn, 10 ton məhsula ehtiyac varsa, amma 100 ton yetişdirilibsə, kəndlinin aqibəti necə olacaq? (ardı aşağıda)

Buna da bax: Azərbaycan kəndlisi niyə varlana bilmir?

- Bu il heçmi qazanc qalmadı?

- Qazanan bazardakı möhtəkirlərdir. Zəhmət çəkmədən kəndlidən 5 dəfə çox pul qazanırlar. Kəndli lobyanı 10-15 qəpiyə dərib verir, bu da maya dəyərini ödəmir. Sadəcə, əkməyə məcburdur. Əkib, amma gözünün qabağındaca məhsulu batıb gedir, o da yığıb satır. Bu o deməkdir ki, gələn il kəndlinin əli torpaqdan soyuyacaq. Kəndli nə qədər maya dəyərinə işləsin? Bu il məhsul bol oldu. Hökumətimiz televizyada dedi: “Vəziyyət yaxşı olacaq, əkin, becərin”... Neft ucuzlaşanda, torpağa maraq göstərdilər, əhaliyə ümid verdilər, hamı yenidən əkinə qaçdı ki, bəlkə yaxşı olacaq. Əksinə, daha pis oldu. Kartofun maya dəyərini hesablayanda, kilosu, ən azı, 20 qəpiyə başa gəlir. Toxumudur, suvarılmasıdır, becərilməsidir, dərmanıdır və s. Mən hesablamışam, 20 qəpiyə başa gəlir. Bu gün hamı kartofu bazara apara bilməz, axı. Tonlarla kartofu 23-24 qəpiyə satırlar. Bundan nə qazansın kəndli? Elə cüzi qazancdır ki gələcək dolanışığını da təmin etmir. Kartof, ən azı, 40 qəpik olmalıdır. Tovuzda pomidor 20 qəpikir, Beyləqanda 8-10 qəpik, bundan nə qazansın kəndli? Lobya da eləcə - 10-15 qəpik. 50 sot lobya əkmişəm. 50 sot lobyadan hər dərimdə 300-500 kilo yığıb 10 qəpiyə satmışam. Bu çəkdiyin əziyyətə dəyərmi? Yəni lobyanın toxumudur, suyudur və s. Amma keçən il lobya 90 qəpik- 1 manat idi. Bu il 10 qəpik. Üstəlik, belə inflyasiyanın qabağında nə qazancdır bu? Hektarlarla lobya əkənlər onu yığmaqdan imtina etdilər, çünki fəhlə onun kilosunu 13-15 qəpiyə yığır.

- Sizcə, niyə belə vəziyyət yaranıb?

- Keçən il lobyanın topdansatışı 1 manat idi. O üzdən, düşündülər ki, lobya daha çox gəlirlidir, hamı lobya əkdi. Və ya kartofu keçən il sahələrdən 40-50 qəpiyə götürürdülər, hamı başladı kartof əkməyə. Hökumətin bir məlumat bazası olmalıdır, kəndli də bilsin nə qədər karof əkilməlidir, pomidor əkilməlidir. Planlaşdırma yoxdur. Məhsul boldur, şərait yaradılsın, kəndli məhsulunu xaricə çıxara bilsin. İndi gömrükdə məhsulu xaricə çıxarmağa əngəllər var, monopoliya var. 8-10 il əvvələcən gürcülər badımcanı, lobyanı, kartofu, sarımsağı, hər şeyi Azərbaycandan daşıyırdılar. Amma indi elə vəziyyət yaradılıb ki, burdan “kamaz”la, traylerlə mal daşıyanlar yönünü Türkiyəyə çeviriblər. Orda tanışlar var, soruşuruq ki, daha niyə gəlmirsiniz? Cavabında belə deyirlər: “Azərbaycanda gömrük elə vəziyyət yaradıb ki, məhsul bizə qat-qat baha başa gəlir”. Bazar Gürcüstan idi, o da əldən getdi.

Buna da bax: Masallıda «sənaye məhəlləsi» yaradılır, amma...

- Yaxşı, gələn il neyləyəcəksiniz?

- Baxacağıq vəziyyətə. Görək, qışı çıxara bilirkmi. Yayda qazanmalısan ki, qışda dolanasan. Qiymət qalxır, ərzaq baha, işıq, su artıb, onlar da əlavə problem yaradır.

NAZİRLİK: “DAHA SOVET DÖVRÜ DEYİL”

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov AzadlıqRadiosuna deyir ki, azad bazar şəraitində hökumət qiymətə və ya məhsulun satışına müdaxilə edə bilməz:

İmran Cümşüdov: Azad bazar şəraitində hökumət qiymətə və ya məhsulun satışına müdaxilə edə bilməz
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00
Direct-ə keçid

“Sovet dövrü deyil. Fermerimiz buna alışmalıdır. Fikirləşməsinlər ki, tədarükçülər gəlib bunu alacaq, yarısını da xarab edib atacaq”.

İmran Cümşüdov hökumətin kəndlini yetərincə dəstəklədiyini və xaricə çıxışında problem olmadığını da deyir:

“Hazırda gömrükdə “yaşıl koridor”dur, hər bir fermer məhsulunu dünyanın istənilən yerinə ixrac edə bilər. Rusiya boyda bazar var qonşuluqda, ora çıxarsınlar”.

EKSPERT: “DÖVLƏT ÖZÜ TƏDARÜK EDƏ BİLƏR”

Kənd təsərrüfatı bilicisi Vahid Məhərrəmov hökumətin nə qədər məhsul əkib-becərilməsi göstərişini verə bilməyəcəyini söyləyir:

Vahid Məhərrəmov: Bazara çıxış yoxdur
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00
Direct-ə keçid

“Beynəlxalq təcrübədə belədir də, kimin nə qədər məhsul əkməsi ilə bağlı tapşırıq verilmir. Orda qiymət siyasəti, aşağı-yuxarı hədd müəyyənləşdirilir. İstehsal çoxdursa, məhsulun bir hissəsini dövlət özü tədarük edir və az sonra bazara çıxarır. Avropada belə təcrübə var”.

Ekspertin fikrincə, bazarda Azərbaycan fermerinin məhsuluna tələbat var. Sadəcə, fermerin bazara çıxışına imkan yoxdur. Onun sözlərinə görə, hökumət üzərinə düşəni edib, kəndlinin bazara birbaşa çıxışına təminat verməlidir. Elə olsa, indiki problemlər ortaya çıxmaz.

XS
SM
MD
LG