Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:15

Tramp Facebook-a qayıdır


İllüstrativ foto
İllüstrativ foto

Facebook sosial şəbəkəsinin təsisçisi Meta şirkəti yanvarın 25-də keçmiş prezident Donald Trampın (Trump) şəxsi hesabının bir neçə həftəyə bərpa olunacağını bildirib. Bununla da ikiillik qadağaya son qoyulacaq. 2021-ci il yanvarın 6-da Tramp tərəfdarlarının Kapitoliyə basqınından sonra Facebook keçmiş prezidentin hesabını bağlayıb.

Şirkət bloqunda yazıb ki, qaydaları pozanların “təkrar pozuntuları”na yol verməmək üçün “yeni müdafiə mexanizmləri” tətbiq olunacaq.

Meta-nın qlobal işlər üzrə vitse-prezidenti Nik Klek (Nick Clegg) deyib ki, real dünyaya ziyanla bağlı “aydın risk” olacağı halda Meta müdaxilə edəcək.

“Cənab Tramp yenə də zorakı kontent yerləşdirərsə, kontent silinəcək və hesab bir aydan iki il müddətinə, zorakılığın dərəcəsindən asılı olaraq bağlanacaq”, – Klek yazıb.

Kapitoliyə 6 yanvar basqınından sonra...

Trampın Facebook hesabı 2021-ci il yanvarın 7-də bağlanıb. O, bir gün öncə Kapitoliyə basqını alqışlamışdı. Ancaq Trampın hesabını bağlamaqla bağlı daha öncəki, o cümlədən öz işçilərinin çağırışlarına məhəl qoymurdu.

Trampın həm Facebook, həm də Instagram-da hesablarının “bir neçə həftə içində” bərpa olunacağı bildirlib.

Ənənəvi sosial mediadan kənarlaşdırılan Tramp Twitter-dən çıxarılandan sonra “Truth Social” platformasını açıb.

Tramp 2020-ci ilin prezident seçkisində Demokrat Co Baydenə (Joe Biden) uduzmasını qəbul etmir, nəticələrin saxtalaşdırıldığını iddia edirdi. O, tərəfdarlarını nəticələri müdafiə etməyə çağırmışdı. 2021-ci il yanvarın 6-da Konqres nəticələrə baxdığı zaman Kapitoliyə basqın baş verib, nəticədə biri polis əməkdaşı olmaqla beş nəfər öldürülüb.

XS
SM
MD
LG