Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:54

Trump ABŞ gəmisinin İran dronunu vurduğunu deyir


Prezident Donald Trump iyulun 18-də deyib ki, ABŞ-ın döyüş gəmisi Hörmüz boğazı üzərində İranın dronunu məhv edib.

Ağ Evdə danışan Trump bildirib ki, bununla da İranın növbəti “düşmən hərəkərinin” qarşısı alınıb.

Trump bunu da deyib ki, ABŞ-ın Boxer hərbi gəmisi dron onun min metrliyində uçaraq təhdid etdikdən və enməsi barədə verilən əmrlərə tabe olmadıqdan sonra vurulub.

ABŞ prezidenti Amerikada səfərdə olan Hollandiya baş naziri Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında deyib:

"Birləşmiş Ştatlar heyətlərimizi, qurğu və maraqlarımızı müdafiə etmək haqqına malikdir və biz bütün ölkələri İranın naviqasiya azadlığını və qlobal ticarəti pozmağa yönəlmiş hərəkətlərini pisləməyə çağırırıq”.

Bundan əvvəl İran Hörmüz boğazı üzərində ABŞ-ın dronunu vurmuşdu. Tehran dronun İran hava məkanında uçduğunu bildirmişdi. ABŞ pilotsuz təyyarənin beynəlxalq hava məkanındaykən vurulduğunda israr edirdi.

Trump o vaxt bu hadisəyə cavab olaraq İrana zərbə endirmək istədiyini, lakin son anda fikrindən daşındığını söyləmişdi.

İki ölkə arasında münasibətlər Trump ABŞ-ı İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişindən çıxardıqdan sonra pozulub.

ABŞ bu sazişdən çıxdıqdan sonra Tehran üzərinə sanksiyalar bərpa olunub.

XS
SM
MD
LG