Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:33

Trump ‘bəlkə də’ Əfqanıstana gedə biləcəyini deyir


Donald Trump Əfqanıstandakı əsgərlərə telekonfransla Şükran bayramı müraciəti edir
Donald Trump Əfqanıstandakı əsgərlərə telekonfransla Şükran bayramı müraciəti edir

ABŞ prezidenti Donald Trump noyabrın 22-də işarə edib ki, Əfqanıstandakı Amerika qoşunlarına ilk dəfə olaraq baş çəkə bilər.

Əfqanıstandakı əsgərlərə telekonfransla Şükran bayramı müraciəti edən Trump deyib:

“Mən sizi, siz bura – Birləşmiş Ştatlara qayıdanda görəcəyəm və ya bəlkə də sizi elə orda gördüm. Nə olacağını bilmək olmur”.

Jurnalistlərin, Əfqanıstana səfər edəcəyi barədə sualına cavabında Trump deyib:

“Vaxtı gələndə biz bəzi çox maraqlı şeylər edəcəyik”.

ABŞ-ın ali baş komandanları son vaxtlarda fəal müharibə zonalarındakı ABŞ qoşunlarına baş çəkiblər. Amma demək olar iki illik prezidentliyi dövründə Trump belə səfərlər etmədiyinə görə tənqid olunub.

Barack Obama Bağdaddakı Camp Victory düşərgəsində ABŞ əsgərləri ilə görüşərkən, 7 aprel 2009
Barack Obama Bağdaddakı Camp Victory düşərgəsində ABŞ əsgərləri ilə görüşərkən, 7 aprel 2009

Prezidentliyinin bu çağında keçmiş prezident Barack Obama İraqa bir, Əfqanıstana iki səfər etmişdi. Keçmiş prezident George W. Bush özünün iki prezidentlik müddətində iki dəfə Əfqanıstana, dörd dəfə İraqa getmişdi.

Trump bunu da deyib ki, Birləşmiş Ştatlar hazırda Əfqanıstanla bağlı “çox, çox güclü danışıqlardadır”. Lakin o bu danışqıların birbaşa Talibanla aparıldığı barədə heç nə deməyib.

Taliban rəsmiləri bildirirlər ki, onlar son aylarda Qətərdə ABŞ rəsmiləri ilə azı üç görüş keçiriblər. Vaşinqton bu xəbərləri nə təsdiq, nə də təkzib edir.

Əfqanıstanda 14 minlik ABŞ əsgəri qüvvəsi var. Onlar orada NATO-nun başçılığı altında aparılan Qətiyyətli Dəstək təlim və məşvərət missiyasında, habelə İslam Dövləti kimi ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatlarında iştirak edirlər.

XS
SM
MD
LG