Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:21

Trump Ali Məhkəmə hakimliyinə namizədinin müdafiəsinə qalxır


Donald Trump-ın Ali Məhkəmə hakimliyinə namizədi Brett Kavanaugh
Donald Trump-ın Ali Məhkəmə hakimliyinə namizədi Brett Kavanaugh

ABŞ prezidenti Donald Trump onun Ali Məhkəmə hakimliyinə namizədi Brett Kavanaugh-nı 1982-ci ildə bir qonaqlıqda ona cinsi təcavüz cəhdində bulunmaqda ittiham edən qadının iddialarını şübhə altına almağa çalışıb.

Trump-ın sentyabrın 21-də yazdığı Twitter postunda deyilir ki, “əgər təcavüz cəhdi o deyən qədər pis olubsa, yerli hüquq-mühafizə orqanlarına bu qadın, ya da onu sevən valideynləri tərəfindən dərhal şikayət verilməli idi”.

O habelə yazıb ki, Kavanaugh “nəcib adamdır və qüsursuz reputasiyaya malikdir və o cavabları bilmək istəməyən radikal solçu siyasətçilər tərəfindən hücuma məruz qalıb”.

Professor Christine Blasey Ford-un ittihamları Kavanaugh-nın namizədliyinin ABŞ Senatındakı təsdiqi prosesini təlatümə salıb. Senatın Ədliyyə Komitəsi Ford-un iddialarından sonra nominasiya üzrə səsverməni təxirə salıb.

Kavanaugh iddiaları inkar edir.

Ford Federal Təhqiqatlar Bürosunu onun iddialarının araşdırlmasına çağırıb, lakin respublikaçıların nəzarətində olan Senat və Ağ Ev belə bir təhqiqatın keçirilməsini rica etməkdən imtina edirlər.

Ford-un vəkilləri Ədliyyə Komitəsi ilə onun öz iddialarının təfərrüartları barədə qurum qarşısında ifadə vermək imkanını müzakirə edirlər.

Ford-un vəkillərindən Debra Katz deyib ki, onun müştərisi ölüm hədələri alıb və ailəsini təhlükəsizlik mülahizəsi ilə başqa yerə köçürməli olub.

Respublikaçı Partiya Senatda 51-49 nisbəti ilə çoxluğa malikdir və səsvermədə qeyri-müəyyən nəticə əldə olunduğu təqdirdə vise-prezident Mike Pence də səs verməli olacaq.

XS
SM
MD
LG