Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:14

Trump Kim-dən gizli zavodun bağlanmasını tələb edib


Donald Trump və Kim Jong Un, Hanoy görüşü,28 fevral 2019.
Donald Trump və Kim Jong Un, Hanoy görüşü,28 fevral 2019.

ABŞ və Şimali Koreya prezidentlərinin Vyetnam görüşünün uğursuz olmasına səbəb, Şimali Koreyanın uran zəngiləşdirilməsi ilə bağlı gizli zavodu bağlamaqdan imtina etməsi olub.

Bunu Britaniyanın “Sunday Times” qəzeti yazır.

Nəşrin məlumatına görə, ABŞ-ın nümayəndə heyəti Hanoy görüşündə Şimali Koreyanın nümayəndə heyətinə bildirib ki, ABŞ kəşfiyyatı Pxenyanın yaxınlığındakı “Kanqson” obyektindən xəbərdardır.

Məlumata görə, ABŞ prezidenti Donald Trump Şimali Koreya prezidenti Kim Çen In-dan ( Kim Jong-un) zavodun ləğvini tələb edib, amma o bundan imtina edib.

Qəzetin yazdığına görə bundan sonra danışıqlar vaxtındanəvvəl yekunlaşdırılıb.

Məlumatlara görə ABŞ həmin obyekti, peykdən çəkilmiş şəkilləri analiz etdikdən sonra tapıb. Bu obyekt Cxollima şəhərində yerləşir.

Həmin zavodun mövcudluğu barədə bundan əvvəl də məlumat verilirdi.

Donald Trump da Hanoy görüşündən sonra deyib ki, Kim Çen In nüvə silahından imtina əvəzində ABŞ-ın ona qarşı tətbiq etdiyi bütün sanksiyaların ləğvini tələb etdiyinə görə, görüşü tərk etməli olub.

Amma buna baxmayaraq ABŞ rəhbərliyi danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib.

ABŞ-la Cənubi Koreya martın 3-də bəyan ediblər ki, Pxenyanla danışıqların bərpasına şərait yaradılması üçün builki irimiqyaslı hərbi təlimləri təxirə salıblar.

XS
SM
MD
LG