Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:20

Donald Trump-la Kim Jong Un iki Koreya sərhədində görüşdülər


ABŞ prezidenti Donald Trump və Şimali Koreya prezidenti Kim Jong Un iki Koreya sərhədində görüşürlər. 30 iyun, 2019.
ABŞ prezidenti Donald Trump və Şimali Koreya prezidenti Kim Jong Un iki Koreya sərhədində görüşürlər. 30 iyun, 2019.

ABŞ prezidenti Donald Trumpla Şimali Koreya prezidentiKim Çen In (Kim Jong Un) iyunun 30-da Şimali və Cənubi Koreya sərhədində görüşüblər.

Liderlər iki ölkə arasındakı silahsız zonadan keçən sərhəd xəttində əl-ələ tutduqdan sonra,Trump simvolik olaraq Kim-lə birlikdə şimal tərəfə keçib.

Donald Trump, hakimiyyətdə olarkən Şimali Koreya sərhədini keçən ilk ABŞ prezidentidir.

Tramp bunu böyük şərəf adlandırıb.

ABŞ prezidenti bu görüşü “ bütün dünya üçün böyük gün” adlandırıb və qeyd edib ki, onun la Şimali Koreya lideri arasında “böyük dostluq” münasibətləri var.

O, həmçinin Kim Çen In-ı Vaşinqtona dəvət edib.

Şimali Koreya lideri isə bildirib ki, əgər Trum da Pxenyana gəlsəydi, bundan çox məmnun olardı.

Görüşdən sonra liderlər sərhədin cənub tərəfində danışıqlar aparıblar.

Görüşə sonradan Cənubi Koreya lideri Mun Çje İn -də qoşulub.

Bu Donald Trump-la Kim Çen In-ın 3-cü görüşüdür.

Qeyd edək ki, Donald Trump bundan bir gün əvvəl Şimali Koreya liderinə Cənubi və Şimali Koreya sərhədində görüşməyi təklif eləmişdi və bu hamı üçün gözlənilməz olmuşdu.

Trumpun sözlərinə görə belə bir ideyanı bundan da əvvəl məhz Kim Çen İın veribmiş.

ABŞ tərəfi hesab edir ki, bu görüş Koreya yarımadasaının nüvəsiz zonaya çevrilməsi ilə bağlı danışıqları dalandan çıxara bilər.

4 ay əvvəl Hanoyda keçirilən ikinci ABŞ-Şimali Koreya sammiti baş tutmadı və liderlər danışıqları yarımçıq dayandırmalı oldular.

ABŞ Şimali Koreyadan nüvə silahlarının məhv edilməsini tələb edir və deyir ki, ona qarşı sanksiyaları yalnız bundan sonra qaldıra bilər.

XS
SM
MD
LG