ABŞ Konqresinin Nümayəndələr palatası prezident Donald Trump-ın Tvitterdəki bir sıra bəyanatlarını pisləyən qətnamə qəbul edib.
Konqresmenlər bunu irqçilik hesab edirlər.
Qeyd edək ki, Donald Trump iyulun 14-də özünün Tvitter səhifəsində Konqresin bir neçə qadın üzvünü, ABŞ administrasiyasına necə işləməyi göstərməkdənsə, əslən olduqları, gəldikləri ölkələrdə korrupsiya ilə mübarizə aparmağı məsləhət görüb.
Amma məsələ burasındadır ki, bu qadın deputatlardan 3-ü ABŞ-da doğulub
Nümayəndələr palatasında keçirilən səsvermədə demokratlara 4 respublikaçı və 1 müstəqil deputat da qoşulub.
Qeyd edək ki, demokratlar palatada çoxluq təşkil edirlər.
Qanuna əsasən indi qətnamə Konqresin yuxarı palatası Senatda da səsə qoyulmalıdır.
Senatda isə Donald Trump-ın təmsil olunduğu Respublikaçılar partiyası çoxluq təşkil etdiyindən onun keçməyəcəyi gözlənir.