Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:46

Müsəlmanlar daha çox dünyanın harasında yaşayır?


Hindistanda müsəlman uşaq.
Hindistanda müsəlman uşaq.

ABŞ prezidenti Donald Trump-ın yeddi müsəlman ölkəsindən immiqrasiyanın dondurulmasına dair son qərarı müsəlman dünyasının cəmi 12%-nə təsir edəcək.

Bunu "Pew" Tədqiqat Mərkəzinin dini qrupların mövcud və gələcək ölçüsünə dair 2015-ci ilə aid hesablamalarına əsasən söyləmək olar. Əslində, həmin yeddi ölkədən yalnız biri, İran, dünyanın ən çox əhalisi olan 10 müsəlman dövləti arasında yer alır.

2010-cu ildə dünyada 1,6 milyard müsəlman yaşayırdı. Beləliklə, islam xristianlıqdan sonra dünyanın ikinci ən böyük dini idi. Çox sayda insan, xüsusən də amerikalılar islamı Yaxın Şərq və Şimali Afrika ilə assosiasiya etsələr də, "Pew" Tədqiqat Mərkəzinin təhlilində deyilir ki, müsəlmanların 2/3-si, başqa sözlə, 62 faizi Asiya-Sakit Okean regionunda yaşayır. Təkcə Hindistan və Pakistanda yaşayan müsəlmanların sayı (birlikdə 344 milyon) bütün Yaxın Şərq və Afrika regionunda yaşayan müsəlmanlardan (317 milyon) çoxdur.

Buna da bax:​ ABŞ hökuməti daimi yaşayış icazəsi olanları ölkəyə buraxdı

49 ÖLKƏDƏ MÜSƏLMANLAR ÇOXLUQDADIR

Ancaq Yaxın Şərq – Şimali Afrika regionunda müsəlmanlar dünyanın başqa yerlərindən daha çox cəmləşib. Bu regionun 341 milyonluq əhalisinin 93 faizini müsəlmanlar təşkil edir. Müqayisə üçün deyək ki, Səhraaltı Afrikada bu göstərici 30 faiz, Asiya – Sakit okean hövzəsində isə 24 faizdir.

Müsəlmanlar dünyanın 49 ölkəsində əhalinin əksər hissəsini təşkil edir. Bunların arasında ən çox əhalisi olan ölkə İndoneziyadır ki, onun da 87,2 faizi müsəlmanlardır. Müsəlman əhalinin sayına görə dünyada ikinci yeri Hindistan tutur. Bu ölkədə təqribən 176 milyon müsəlman yaşayır. Buna baxmayaraq, müsəlmanlar Hindistan əhalisinin cəmi 14,4%-nə bərabərdir.

Buna da bax: Həmin müsəlmanların sosial media hesabları da yoxlanacaq

"Pew" Tədqiqat Mərkəzi dünyada müsəlmanların və başqa dini qrupların sayını müəyyən etmək üçün sorğulardan, siyahıyaalma hesabatlarından və başqa məlumat mənbələrindən yararlanır. Burada göstərilən rəqəmlər 2010-cu ilə aiddir.

2050-Cİ İLDƏ 2,76 MİLYARD

Mərkəzin hesablamalarına görə, 2050-ci ilədək dünyada müsəlmanların sayı 2,76 milyarda çatacaq. Bu isə dünya əhalisinin 29,7 faizi deməkdir. Bu müddət ərzində Səhraaltı Afrikada yaşayan müsəlmanların dünyanın ümumi müsəlman əhalisi arasındakı payı 2010-cu ildəki 15,5 faizdən 24,3 faizə yüksələcək. Hazırda dünyanın birlikdə götürülmüş bütün regionlarında yaşayan müsəlmanlardan daha çox müsəlmanın (61,7 faiz) vətəni olan Asiya bu müddətdə həmin mövqeyini qoruyub saxlayacaq. Ancaq bu regionda yaşayan müsəlmanların dünya müsəlmanları arasındakı payı 52,8 faizə enəcək. Yaxın Şərq və Şimali Afrikaya gəlincə, bu region da özünün dünyanın müsəlman əhalisi arasındakı sanballı payını qoruyub saxlayacaq. Onun payı 2050-ci ildə indiki 19,8 faizdən 20 faizə yüksələcək.

Buna da bax:​ Trump-ın fərmanı ilə müsəlman qaçqınları ABŞ-a buraxmadılar

Şimali Amerikada dünya müsəlmanlarının cəmi 0,2 faizi yaşayır. Son demoqrafik və miqrasiya tendensiyalarına söykənən hesablamalara görə, ABŞ-da yaşayan müsəlmanların sayının 2010-cu ildəki 0,9 faizdən 2050-ci ildə 2,1 faizə yüksələcəyi gözlənilir.

XS
SM
MD
LG