Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:40

Trump Polşa səfərini ləğv edir


ABŞ prezidenti Donald Trump avqustun 29-da deyib ki, o növbəti bir neçə gündə Floridaya yaxınlaşmaqda olan Dorian qasırğası ilə bağlı Polşaya səfərini ləğv edir:

"Federal hökumətin bütün ehtiyatlarının yaxınlaşmaqda olan qasırğaya yönləndirilməsi məqsədilə mən bu həftəsonu vise-prezident Mike Pence-i mənim əvəzimə Polşaya göndərmək qərarına gəlmişəm”.

Trump avqustun 31-də İkinci Dünya Müharibəsinin başlanmasının 80-ci ildönümünə həsr edilmiş mərasimlərə qatılmaq üçün Varşavaya səfər etməli idi.

Trump bildirir ki, səfərinin təxirə salınması barədə məlumatı Polşa prezidenti Andrzej Dudayab verib

ABŞ prezidenti bundan əvvəl Danimarkaya səfərini ləğv etmişdi. Danimarka liderləri Trump-ın Qrenlandiya adasını aımaq ideyasını lağa qoymuşdular.

Bu arada Floridada sakinlər qasırğa gəlməzdən əvvəl içməli su, ərzaq və benzin tədarükü görməklə məşğuldurlar.

Hazırda Dorian qasırğası 1-ci kateqoriyalı qasırğa kimi qiymətləndirilib. Qasırğanın ən yüksək dərəcəsi 5 sayılır.

XS
SM
MD
LG