Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:12

Prezidentliyə namizədin müsəlmanlar haqda dediklərinə Ağ evdən təpki


Donald Trump
Donald Trump

►"Bu fikirlər ABŞ-ın milli təhlükəsizliyini risk altına qoyur."

Ağ evin sözçüsü Josh Earnest çərşənbə axşamı deyib ki, prezidentliyə iddialı respublikaçı Donald Trump-ın müsəlmanların ABŞ-a girişinə qadağa qoyulması təklifi onun ölkə başçısı olmağa hazır olmadığını göstərir.

Earnest qeyd edib ki, hər bir prezident ABŞ Konstitusiyasını “qoruyacağına və müdafiə edəcəyinə” and içir, Trumpsa bu anda uyğun gəlmir.

Respublikaçıların əsas namizədi olan Donald Trump bazar ertəsi bəyanatla çıxış edərək ABŞ-ın müsəlmanların ölkəyə daxil olmasını qadağan etməli olduğunu bildirib. Onun bu təklifi hətta öz partiyasından olan digər namizədlərin də tənqidinə səbəb olub.

Ağ ev sözçüsü Earnest deyib: “İndi məsələ ondadır ki, Respublikaçılar Partiyasının qalan hissəsi Trumpla birlikdə tarixin zibil qabına yuvarlanacaqlarmı. Hal-hazırkı trayektoriya o qədər də yaxşı görünmür.”

Dövlət karibi John Kerry də Trump-ın sözlərini qınayıb.

Buna da bax: Ermənistanın daha bir pilotsuz aparatı məhv edildi

"…Ayrı-seçkiliyin olmaması və bərabər münasibət təkcə Amerika dəyərlərinin yox, həm sə bizim immiqrasiya siyasətimizin sütunlarından biridir. Dövlət Departamenti bütün dinlərə hörmətlə və ayrı-seçkilik qoymadan münasibət bəsləməyə davam edir,” deyə Kerry Parisdə keçirilən brifinqdə deyib.

"Dünyanı gəzdikcə mənə aydın olur ki, bizim həm dostlarımız, həm də düşmənlərimiz ABŞ-dakı diskussiyaları yaxından izləyir və dinləyir. Mən düşünürəm ki, buna bənzər şərhlər diplomatik dillə desək konstruktiv deyil,” deyə o əlavə edib.

Pentaqon sözçüsü Peter Cook deyib ki, Donald Trumpın ifadə etdiyi fikirlər ABŞ-ın milli təhlükəsizliyini risk altına qoyur.

O deyib ki, "İŞİD-in ritorikasını dəstəkləyən və ABŞ-ı İslam dininə qarşı qoyan hər hansı fikir təkcə bizim dəyərlərimizə yox, həm də milli təhlükəsizliyimizə ziddir.”

O əlavə edib ki, hazırda bir çox müsəlman kişi və qadın hərbi forma geyərək ABŞ-a sədaqətlə xidmət etməkdədir.

Cook ABŞ-ın hazırda müsəlman dövlətləri ilə işlədiyini də qeyd edib. “Biz İŞİD-ə qarşı mübarizəni dünya müsəlmanlarının köməyi ilə həyata keçirmək istəyirik,” - deyə o bildirib.

XS
SM
MD
LG