Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:42

Trump baş prokurorun müavini ilə sentyabrın 27-də görüşəcək


ABŞ Baş prokurorunun müavini Rod Rosenstein
ABŞ Baş prokurorunun müavini Rod Rosenstein

Ağ Ev bildirir ki, ABŞ prezidenti Donald Trump baş prokurorun müavini Rod Rosenstein-lə sentyabrın 27-də görüşəcək. Bundan əvvəl onların arasında söhbət olub.

Sentyabrın 24-də yer almış bu söhbətdən əvvəl ABŞ mediasında Trump-ın Rosenstein-i vəzifəsindən çıxaracağı barədə xəbərlər yayılmışdı. Rosenstein 2016-cı il seçkisinə Rusiyanın mümkün müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-in işinə nəzarət edir.

Lakin Ağ Evin sözçüsü Sarah Sanders deyib ki, Rosenstein və Trump arasında mətbuatda yayılan xəbərlər barəsində uzun sürən söhbət olub. Bundan sonra onlar bir daha sentyabrın 27-də görüşmək barədə qərara gəliblər.

The New York Times və The Washington Post da daxil bir neçə media qurumu Rosenstein-in sentyabrın 24-də keçirilən söhbət zamanı vəzifəsindən çıxarılacağını yazırdı.

Rosenstein Robert Mueller-in Rusiyanın müdaxiləsinə dair təhqiqatında aparıcı rol oynayır.

Müşahidəçilər bildirirlər ki, onun vəzifədən getməsi bu təhqiqatı risk qarşısında qoya bilər.

Trump Mueller-in araşdırmasına görə artan təzyiq altındadır və Rusiya əlaqələrinin təhqiq edilməsini özünə qarşı “əcinnə ovu” adlandırır.

Bundan əvvəl, sentyabrın 21-də New York Times yazırdı ki, Rosenstein hökumət kabinetinin üzvlərinə Trump-ın gizli dinlənilməsini və onun prezidentlikdən xaric edilməsi üçün müvafiq konstitusiya maddəsinin hərəkətə gətirilməsini təklif edib.

XS
SM
MD
LG