Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Rusiya Suriya sahillərinə qanadlı raketlərlə təhciz olunmuş gəmi göndərib (Video)


ABŞ Suriyanın hərbi hava bazasını qanadlı raketlərlə dağıtdı
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

ABŞ Suriyanın hərbi hava bazasını qanadlı raketlərlə dağıtdı

Rusiya Aralıq Dənizinə raketlərlə təhciz olunmuş gəmi göndərib

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya raket zərbələri endirməsinə görə aprelin 7-də təhlükəsizlik şurasının iclasını keçirib.

Bu barədə aprelin 7-də Kremlin sözçüsü Dimitry Peskov məlumat verib.

TASS-ın Moskvadakı diplomatik mənbəə istinadla verdiyi başqa bir məlumata görə isə Rusiyanın “ Admiral Grigorobiç” gəmisi Aralıq dənizinə yollanıb və Suriyanın Tartuse maaddi-texniki təminat məntəqəsinə yan alacaq.

Admiral Grigorovich gəmisi
Admiral Grigorovich gəmisi

“Qanadlı “Kalibr” raketləri ilə təhciz olunmuş Rusiya gəmisi Aralıq dənizinə girərək və Suriyanın Tartuse mıəntəqəsinə yan alacaq”, deyə mənbə bildirib.

Mənbənin məlumatına görə, gəminin Suriya sahillərində nə qədər qalacağı vəziyyətdən aslı olacaq və istənilən halda hələ 1 ay orda olacaq.

Rusiya ABŞ-ın raket zərbələrinin elə də effektli olmadığını deyir

Rusiyanın müdafiə nazirliyi bəyan edib ki, ABŞ-ın raket zərbələrindən sonra Suriyanın hava hücumlarından müdafiəsi gücləndiriləcək.

Bu barədə AzadlıqRadiosu Reuters, TASS və İnterfaks agentliyinə istinadla xəbər verir.

Rusiya mətbuatının yazdığına görə, Rusiyanın müdafiə nazirliyi zərbələrin çox da effektli olmadığını bildirib.

Nazirliyin sözçüsü İgor Konashenkov deyib ki, 59 raketdən yalnız 23-ü hava bazasına dəyib, qalan 36 nın isə hara düşdüyü bilinmir.

Igor Konashenkov
Igor Konashenkov

Kremlin sözçüsü Dimitry Peskov hesab edir ki, bu zərbələr “İslam dövləti” və digər silahlı qrupların xeyrinədir.

Aparıcı Qərb ölkələri ABŞ-ın raket zərbələrini dəstəkləyib

Həmçinin Böyük Britaniya, Fransa və Almaniya liderləri ABŞ-ın Suriyaya raket zərbələrini dəstəkləyiblər.

RİA Novosti-nin məlumatına görə, Almaniya kansleri Angela Merkellə Fransa prezidenti Francois Hollande Suriyadakı vəziyyətə görə cavabdehliyi birbaşa prezident Bashar Asadın üzərinə atıblar.

Francois Hollande və Angela Merkel
Francois Hollande və Angela Merkel

Liderlər aprelin 7-i səhər saatlarında telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər.​

Reutersin məlumatına görə isə Almaniya hökumətinin sözçüsü Ştefen Zeybert (Steffen Seibert) ABŞ-ın raket zərbələri barədə kansler və müdafiə nazirliyinə qabaqcadan məlumat verdiyini deyib.

O, bunu aprelin 7-də jurnalistlərə açıqlamasında deyib və bildirib ki, müdafiə nazirliyi məsələ ilə bağlı əlavə informasiya verəcək.

İtaliya da ABŞ-ın raket zərbələrini dəstəkləyib, amma danışıqlara çağırıb

Suriya münaqişəsi Suriyanın hökumət və müxalifət qüvvələri, Rusiya və BMT-nin iştirakı ilə danışıqlar yolu ilə həll olunmalıdır.

Reutersin məlumatına görə, bunu aprelin 7-də İtaliyanın baş naziri Paulo Centiloni (Paolo Gentiloni) bəyan edib.

Angelino Alfano
Angelino Alfano

İtaliyanın xarici işlər naziri Ancelino Alfano isə (Angelino Alfano) bundan əvvəl ABŞ-ın Suriyaya raket zərbələrini dəstəkləyib və bunun Suriyanın təcavüzünə müvafiq cavab və onun lideri Bashar Assadın kimyəvi silahdan istifadə etməsinə qarşı vasitə olduğunu bəyan edib.

Türkiyə ABŞ-ın raket zərbələrini dəstəklədi

Türkiyə ABŞ-ın Suriyanın “Şayrat” bazasına raket zərbələri endirməsini dəstəkləyib.

Bu barədə aprelin 7-də "Hürriyet" qəzeti Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu ya istinadla məlumat yayıb.

O bildirib ki, Türkiyə günühkarların cəzalandırılmasına yönəlmiş bu cür addımları tam dəstəkləyəcək və bu həm də ona sübutdur ki, cinayət cavabsız qalmayacaq.

Mevlut Cavusoglu
Mevlut Cavusoglu

Reuters agentliyi isə Türkiyə prezidentinin köməkçisi İbrahim Kalına istinadla bildirir ki, Ankara gələcəkdə bu cür cinayətlərdən qaçmaq üçün Suriya üzərində “uçuşsuz zona” yaradılmasını istəyir.

Reutersin məlumatına görə, Cavusoglu həmçinin bildirib k, Suriya rejimi-prezident Bashar Assad mümkün qədər tez getməlidir.

Qeyd edək ki, NATO üzvü və ABŞ-ın “İslam dövləti” qrupuna qarşı hərbi koalisiyanı dəstəkləyən Türkiyə əvvəl gündən deyir ki, Əsədlə Suriyada sülh olmayacaq.

Amma onun son vaxtlar Rusiya ilə yaxınlaşdığı müşahidə olunur və analitiklər hesab edirlər ki, Ankaranın bu mövqei, onun 2015-ci ildə Rusiya təyyarəsini vurmasından sonra Rusiya ilə münasibətlərin bərpasına yönəlmiş səyləri çətinləşdirə bilər.

Fransa prezidentliyinə namizəd ABŞ-ın raket zərbələrindən təəccüblənib

Fransa prezidentliyinə namizər Marine Le Pen ABŞ-ın kimyəvi silah hücumuna cavab olaraq Suriyaya raket zərbələri endirməsindən təəccübləndiyini deyir.

Bu barədə aprelin 7-də Reuters agentliyi məlumat yayıb.

Marine Le Pen
Marine Le Pen

“Bir qədər təəccüblənirəm, çünki cənab Trump dəfələrə deyib ki, Amerikanın bir daha dünya polisi olmasını gözləmir,amma onun dünən elədiyi, məhz budur. Bilmirəm bunu nəyə görə ediblər, amma İraq və Liviyada gördüklərimiz kimi belə vəziyyətə düşmək istəməzdim. Hansı ki, xaosa apardı və sonda islam fundamentalistləri və terrorçu təşkilatlar gücləndirlər” deyə Marine Le Pen vurğulayıb.

Suriya liderinə gəldikdə isə Le Pen deyib ki, onu Suriya xalqının özü seçməlidir.

Qeyd edək ki, qatı millətçi siyasətçi Marine Le Pen rusiyapərəst baxışları ilə tanınır və bu günlərdə Moskvada səfərdə olub.

Rusiya ABŞ-la razılaşmanı dayandırır

Rusiya deyir ki, ABŞ-ın Suriyaya raket zərbələri endirməsinə cavab olaraq, Birləşmiş Ştatlarla, Suriyada hava insidentlərinin önlənməsinə dair razılaşmanı dayandırır.

Rusiya televiziyası raket zərbələri olan ərazilərdən video görüntülər yayıblar.

Aprelin 7-də yaydığı bəyanatda Rusiya Xarici İşlər Nazirliyi həm də BMT Təhlükəsizlik Şurasını durumun müzakirəsindən ötrü təcili toplaşmağa çağırır.

V.Putin
V.Putin

Putin: «Bu, təcavüzdür...»

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya hava zərbəsini suveren dövlətə təcavüz sayır və bunun ABŞ-Rusiya münasibətlərinə, terrorçuluğa qarşı cəhdlərə zərbə vuracağını bildirir.

Bu barədə Kreml məlumat yayıb.

«Vaşinqtonun bu hərəkəti yaxşı durumda olmayan Rusiya-Amerika münasibətlərinə ciddi zərbə vuracaq və terrorçuluğa qarşı beynəlxalq koalisiyanın yaradılmasını ciddi əngəlləyəcək», – Kremlin sözçüsü Dmitry Peskov bildirib.

«Putin hesab edir ki, Amerikanın Suriyaya zərbələri suveren dövlətə təcavüz, beynəlxalq hüquq normalarının pozulmasıdır», – Peskov söyləyib.

Pentaqon hücumlar barədə Rusiyanı öncədən xəbərdar etdiyini bildirmişdi. Pentaqon rəsmisi deyirdi ki, hava bazasında Rusiya qüvvələrinin yerləşdiyi hissələri vurmamağa çalışıblar.

İran ABŞ-ın Suriyaya raket zərbəsini «dağıdıcı və təhlükəli» sayır, bunun Suriyada və regionda durumu qəlizləşdirəcəyini düşünür. Bu barədə İranın rəsmi ISNA agentliyi Xarici İşlər Nazirliyinin sözçüsünə istinadla xəbər verir.

+++

Birləşmiş Ştatlar aprelin 6-dan 7-ə keçən gecə Suriyaya ballistik raket zərbələri endirib.

ABŞ rəsmiləri bildirirlər ki, zərbələr Suriyada dinc əhali üzərinə kimyəvi hücuma cavab olaraq endirilib.

Associated Press agentliyi xəbər verir ki, bu Suriya hökuməti üzərinə Amerikanın ilk birbaşa hücumu və prezident olandan bəri Donald Trump-ın ən dramatik hərbi əmridir.

Agentliyin xəbərində deyilir ki, raket zərbələri habelə Trump-ın ABŞ prezidentliyinə namizəd kimi verdiyi vədi pozduğunu göstərir. Trump kampaniya zamanı ABŞ-ın Suriyadakı vətəndaş münaqişəsinə qarışmayacağını demişdi.

Lakin belə görünür ki, prezident Suriyada kimyəvi silahdan ölən uşaqların görüntülərindən təsirlənib.

O deyib ki, Suriya “insanlığa qarşı rüsvayçılıq törədib” və “bir çox cızıqları aşıb”.

AP xəbər verir ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən atılan 59 Tomahawk raketi Suriyadakı hökumət hərbi bazalarından birini hədəfləyib. Amerika rəsmiləri inanırlar ki, Suriya kimyəvi silahlarla hücumu bu bazadan həyata keçirib.

Bir sıra başqa agentliklər raket zərbələrinin Homsdakı Şayrat hərbi-hava bazasına endirildiyini xəbər verirlər.

Pentaqon bildirib ki, Tomahawk raketləri Aralıq dənizindəki USS Porter və USS Ross gəmilərindən atılıb.

Suriya vaxtilə səhər 3:45-də endirilmiş raket zərbələri hökumət qoşunlarının hərbi-hava bazasındakı təyyarələri, radarları və yanacaq anbarlarını dağıdıb.

Suriya dövlət televiziyası ABŞ-ın raket zərbələrini “Amerika təcavüzü” adlandırıb və “itkilərin” olduğunu xəbər verib.

AP xəbər verir ki, prezident zərbələr barəsində xəbərdarlıq etməyib, hərçənd aprelin 6-da gün ərzində ABŞ rəsmiləri Suriya hökumətini kəskin tənqid edirdilər.

Bu da xəbər verilir ki, Trump prezident təyyarəsində onunla Floridaya uçan jurnalistlərə deyib ki, Suriyada baş verənlər “ən dəhşətli cinayət” olub və bunun baş verməsinə qətiyyən yol verilməməliydi.

Pentaqondan alınan məlumatlarda deyilir ki, Suriyadakı Rusiya hərbi kontingentinə zərbələr barədə əvvəlcədən xəbərdarlıq edilib.

XS
SM
MD
LG