Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:56

Trump-ın Yerusəlim qərarı bütün dünyada tənqid olunur


Kreml ABŞ prezidenti Donald Trump-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması qərarını qətiyyətlə pisləyib və bildirib ki, bu addım Yaxın Şərqdəki vəziyyəti mürəkkəbləşdirib və beynəlxalq icmanı parçalayıb.

Dekabrın 7-də Rusiya prezidentinin sözçüsü Dmitri Peskovdan başqa, Trump-ın qərarını dünya boyunca ABŞ-ın müttəfiqləri də daxil bir çox liderlər tənqid ediblər.

Peskov bunu da bilirib ki, prezidentlər Putin və Erdoğan bu addımın Yaxın Şərq sülh prosesini necə təsirləndirə biləcəyi məsələsini müzakirə edəcəklər.

ABŞ-ın müttəfiqləri – Almaniya və Səudiyyə Ərəbistanı, habelə Britaniya və Avropa İttifaqı bu qərarı pisləyiblər və bildiriblər ki, Trump-ın bu addımı regionda sülhün bərqərar edilməsinə yönəlmiş danışıqları daha da çətinləşdirir.

Səudiyyə Ərərbistanı qərarı “məsuliyyətsiz” adlandırıb və deyib ki, bu addım sülh prosesinin irəli aparılması səylərində “ciddi geriləməyə” səbəb olacaq.

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel Trump-ın qərarını “onsuz da böyük problemin daha da mürəkkəbləşdirilməsi” adlandırıb və qeyd edib ki, bu hərəkət “İsrail və fələstinlilər arasındakı münaqişənin oduna yağ töküb”.

“Üzdəniraq” qərar

Fələstin prezidenti Mahmud Abbas deyib ki, Trump-ın “üzdəniraq” qərarından sonra Birləşmiş Ştatlar sülh prosesinin vasitəçisi rolunda çıxış edə bilməz.

Fələstinin islamçı Həməs qrupu dekabrın 7-də İsrailə qarşı yeni üsyana çağırıb. Təşkilat bildirib ki,dekabrın 8-də bütün müsəlmanlar “qəzəb günü” aksiyaları keçirməlidirlər.

İraqda İran tərəfindən dəstəklənən və hökumət qoşunları ilə birlikdə İŞİD-ə qarşı döyüşən şiə silahlı birləşmələri bildirib ki, Trump-ın qərarı “İraqdakı Amerika qüvvələrini tamamilə legitim hədəfə” çevirir.

BMT Təhlükəsizlik Şurasının əksəriyyəti ABŞ müttəfiqi olan 8 üzvü dekabrın 8-də qurumun təcili iclasının keçirilməsinə çağırıb.

XS
SM
MD
LG