Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:52

‘Turan’ İA-ya 37 min manatlıq vergi sanksiyası ləğv edilib


Verdi müfəttişləri "Turan" agentliyinə reyd edib, 16avq2017
Verdi müfəttişləri "Turan" agentliyinə reyd edib, 16avq2017

Vergilər nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" İnformasiya Agentliyinə (İA) təyin etdiyi 37 min manat (22 min dollar) məbləğində əlavə vergi sanksiyasını ləğv edib.

Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib və bununla bağlı agentliyə rəsmi məktubla məlumat verib.

Buna da bax:​ Mehman Əliyev: 'İslahatlara nail olmaq lazımdır'

Məhz 2014-2016-cı illər üzrə əlavə vergi ödənilməsi barədə bu qərara söykənərək bu il avqustun 7-də Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti "Turan" İA-ya qarşı cinayət işinə başlamışdı.

Avqustun 16-da agentliyin ofisində axtarış aparıldı, maliyyə fəaliyyəti ilə bağlı mühasibat sənədləri və elektron daşıyıcılar götürüldü.

İki gün sonra, avqustun 18-də vergi yoxlamasını 2010-cu il iyulun 1-dən 2017-ci il iyulun 1-nə qədər genişləndirmək barədə qərar qəbul edilmişdi.

Avqustun 25-də "Turan" agentliyinin direktoru Mehman Əliyev həbs ediləndən sonra Vergilər Nazirliyi press-reliz yaydı. Orada jurnalistə qarşı ittiham " mənfəət barədə məlumatları təhrif etmək yolu ilə 2010-2016-cı illərdə dövlət büdcəsindən 60080 manat vergi yayındırılması şübhəsi" ilə əsaslandırıldı.

Buna da bax:​ S.Seyidov: ‘Azərbaycan Avropa Şurasından çıxarılsa, dünya dağılmayacaq’

Ancaq bu şübhələrin nəyə söykəndiyi izah edilmirdi. Çünki İstintaq "Turan" İA-nın maliyyə fəaliyyəti ilə bağlı əvvəllər təyin edilən səyyar yoxlamanın yekun aktını təqdim etmirdi.

"Turan" İA lap əvvəldən vergi ödənilməməsi barədə ittihamları təkzib edib .2010-2016-cı illər üzrə əlavə vergi hesablanması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət etmişdi. Şikayət üzrə dinləmələr sentyabın 27-nə təyin edilib.

Lokal Vergilər Departamenti, bu prosesdən əvvəl may ayında Agentliyə 2016-cı il üzrə 4 min manat əlavə vergi təyin edib. Ancaq "Turan" Agentliyinin inzibati şikayətindən sonra Vergilər nazirliyinin yüksək instansiyası bu qərarı ləğv edib. Sonradan avqustun 7-də həmin departament 2016-cı il üzrə 9 min manat, 2014-2016-cı illər üzrə 37 min manat vergi təyin edib.

Buna da bax:​ 'Turan' agentliyinə şərait yaradılması istənilir

Mehman Əliyev həbsdən azad ediləndən sonra Lokal Vergilər Departamenti Agentliyə qarşı cinayət işi başlanmasına səbəb olan bu qərarı ləğv edib.

Xatırlatma

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları “siyasi motivli” adlandırıb.

Buna da bax:​ Hikmət Hacızadə: 'Sanksiyalardan qorxdular' [şərhlər]

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Üstəlik, ABŞ Senatının komitəsinə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-də Mehman Əliyev haqqında həbs qəti imkan tədbiri ləğv edilib, o sərbəst buraxılıb.

XS
SM
MD
LG