Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:19

Türkdilli xalqların deputatları susur...


Türkdilli ölkələrin millət vəkilləri Su-24 qırıcısı barədə danışmayıblar. 3 dekabr
Türkdilli ölkələrin millət vəkilləri Su-24 qırıcısı barədə danışmayıblar. 3 dekabr

►Türkdilli ölkələrin millət vəkilləri Su-24 qırıcısı barədə danışmayıblar

Dekabrın 3-də Astanada Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli ölkələrin parlament assambleyası çərçivəsində “Böyük çöldə dövlətçilik və parlamentarizm” adlı beynəlxalq konfrans keçirilib.

Çıxışlarda Türkiyə və Rusiya arasında qızışmış siyasi böhran barədə söz salınmayıb.

Konfransda iştirak edən Beynəlxalq türk akademiyasının prezidenti Darxan Kıdırali bunu tədbirin elmi xarakter daşıması ilə iza edib.

O deyib ki, bu, elmi qurumdur. Tədbir də, mövzu da əvvəlcədən planlaşdırılmışdı.

Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Aydın Ahmetin sözlərinə görə, konfransın dördüncü plenar sessiyasında da Rusiya ilə Türkiyə arasındakı münaqişə müzakirə olunmayacaq. Aydın Ahmet deyir ki, Türkiyənin özünün hava məkanını pozmuş Rusiya qırıcısını vurmağa haqqı var idi:

“Biz dialoqa hazırıq. Baş vermiş hadisə Türkiyənin özünün beynəlxalq hüquqlarını, müstəqilliyini və hava məkanını qorumaq üsuludur. Münaqişəni daha da kəskinləşdirməyə lüzum yoxdur. Hər iki tərəf açıq danışığa, razılaşma əldə edilməsi üçün açıq üsullara müraciət etməlidir.”

Buna da bax: Saakashvili vətəndaşlıqdan çıxarıldı

Vladimir Medinskiy
Vladimir Medinskiy

Su-24-lə bağlı insidentdən az sonra Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Rusiyanın mədəniyyət naziri Vladimir Medinskiy türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə TÜRKSOY beynəlxalq təşkilatı ilə əməkdaşlığın dayandırılması barədə sərəncam verib. Bununla bağlı Rusiya Federasiyasının tərkibində olan Altay, Başkortostan, Saxa, Tatarıstan, Tıva və Xakasiya Respublikalarının başçılarına teleqram göndərilib.

TÜRKSOY-un baş katibi, qazaxıstanlı Düysen Kaseinov deyir:

“Təəssüf ki, biz nazirin regionlara göndərilmiş sərəncamı barədə yalnız qəzetlərdən xəbər tutmuşuq. Bizimlə heç kim birbaşa əlaqə saxlamayıb. Bu onların daxili işidir. Hər dövlət beynəlxalq təşkilatlara daxil olmaq barədə məsələləri müstəqil həll edir. Eyni qaydada hər dövlətin təşkilatlardan çıxmaq hüququ var.”

Türkiyə ilə Rusiya arasında noyabrın 24-də başlanmış münaqişəyə Azərbaycan, Qazaxıstan və Qırğızıstanın yanaşması fərqlidir.

Buna da bax: İcra nümayəndəsi niyə özünü öldürmək istəyib?

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də bəyan edib ki, Moskva və Ankara arasında yaranmış gərginlik Bakının təəssüf və narahatlığına səbəb olur.

Astanada xalqa illik müraciətini edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev Su-24 məsələsinə də toxunub. O qeyd edib ki, vurulmuş Rusiya təyyarəsi Türkiyənin üstünə getmirdi, terrorçularla mübarizədə öz vəzifəsini yerinə yetirirdi.

Qırğızıstanda isə ictimai fəallar və politoloqlar məsələyə münasibət bildirsələr də, hökumət gözləmə mövqeyi tutaraq baş verən hadisə ilə bağlı heç bir bəyanat verməyib.

Rusiya prezidenti Vladimir Putin Türkiyə hökumətini tənqid edib. O deyib ki, Türkiyə təkcə iqtisadi sanksiyalarla canını qurtara bilməyəcək.

Buna da bax:

Putin: "Allah Türkiyəni cəzalandırdı"
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

XS
SM
MD
LG