Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:14

Ankara məhkəməsi 275 nəfərə qarşı ittihamları qaldırdı


Ilker Basbug
Ilker Basbug

Türkiyənin Apellyasiya məhkəməsi 275 nəfərə qarşı dövlət çevrilişi ittihamını ləğv edib.

Hakim aprelin 21-də Ankarada keçirilən prosesdə ittihamların əsassız olduğunu və “Ergenekon” adlı gizli şəbəkə olmasının sübuta yetirilmədiyini bəyan edib.

Məhkəmə həmçinin ilkin istintaq zamanı qanunsuz müşahidə və axtarışlar da daxil olmaqla bir sıra pozuntular olduğunu bildirib.

Yüksək rütbəli hərbçilər, jurnalistlər, hüquqşünaslar və alimlər 2013-cü ilədə baş nazir Racep Tayyip Erdogan hökumətini devirməyə cəhd ittihamı ilə təqsirli bilinmişdilər.

Keçmiş ordu komandanıIlker Basbug da daxil olmaqla onlardan bəziləri ömürlük həbsə məhkum edilmişdi.

“Ergenekon” şəbəkəsi 2003-2004-cü illərdə Erdogana qarşı sui-qəst hazırlamaqda ittiham olunur.

XS
SM
MD
LG