Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:34

Türkiyə də əfqanların deportasiyasını sürətləndirir


Əfqan miqrantlar İrandan Türkiyəyə qanunsuz keçdikdən sonra qatar relslərinin altındakı tuneldə təhlükəsizlik qüvvələrindən gizlənirlər.
Əfqan miqrantlar İrandan Türkiyəyə qanunsuz keçdikdən sonra qatar relslərinin altındakı tuneldə təhlükəsizlik qüvvələrindən gizlənirlər.

Türkiyə xeyli sayda əfqanı öz ölkəsinə deportasiya edən ölkələrin sırasına qoşulub, son həftələr 4 minədək əfqanın deportasiya olunduğu bildirilir.

Ankara bildirib ki, Kabilə xüsusi reyslərlə 3 min 900-dək əfqan yola salınıb.

Əfqanlar qonşu Pakistan və İrandan da deportasiya olunmaqdadır. Son bir ayda bu iki ölkədən 400 min əfqanın repatriasiya olunduğu xəbər verilir.

İki ay düşərgədə saxlanandan sonra...

"İstanbulda həbs olundum. Məni xeyli döydülər", – bunu iki ay öncə Türkiyənin ən böyük şəhərində saxlanılmış keçmiş əfqan əsgər deyir. O, Türkiyəyə 18 ay öncə qaçıb, hakimiyyəti ələ keçirən Taliban qruplaşmasının keçmiş fəaliyyətinə görə onu təqib edəcəyindən qorxub.

"Sonra iki ay Bursa şəhərində düşərgədə saxlanıldıq. Əsgər olmuş bir çox gənc əfqan mənimlə birlikdə zorla çıxarıldı", – o söyləyib.

Milad adlı digər gənc əfqan isə deyib ki, Əfqanıstana bu həftə çatıb. O, noyabrın əvvəlində Türkiyədən çıxarılandan sonra İrandan quru yolla çətinliklə ölkəsinə qayıdıb.

"Geri qayıdanda bizi xeyli döydülər. Yeməyimiz yox idi", – o deyib.

Bakıda Əfqanıstandan olan qaçqınlar aksiya keçirdi
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Taliban rejimi dövründə çətinləşən həyat şəraiti əfqan miqrantların daha yaxşı həyat ümidi ilə ölkələrindən qaçmasına səbəb olub. Onlar özəlliklə qonşu ölkələrə üz tutublar.

Türkiyəyə sığınan əfqanlar

Yüz minlərlə əfqan kimi Milad da üç il öncə Türkiyəyə sığınıb. Bəzi əfqanlar bu ölkədə sığınacaq istəyib, iş tapıb, bəziləri isə qonşu Yunanıstana, oradan da Avropa İttifaqının digər ölkələrinə keçmək üçün marşrut kimi istifadə edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, Türkiyədə dünyanın ən böyük qaçqın icmalarından biri yerləşir. Bu ölkədə 3.6 milyon suriyalının, 300 mindən çox digər millətlərdən, əsasən əfqanlardan ibarət qaçqınların yaşadığı bildirilir.

Türkiyə ötən il 50 minədək əfqanı öz ölkəsinə deportasiya edib.

"Human Rights Watch" insan haqları təşkilatı 2022-ci il hesabatında Ankaranı, əsasən, sənədsiz olan 10 minlərlə əfqanı mütəmadi olaraq İranla quru sərhədinə yönəltdiyinə, onların beynəlxalq qoruma üçün müraciətlərini az hallarda, yaxud heç nəzərə almadığına görə tənqid edib.

XS
SM
MD
LG