Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:12

İdlib üzərində Suriyanın iki təyyarəsi vurulub


Su-24, arxiv foto
Su-24, arxiv foto

Suriya informasiya agentliyi SANA-nın yaydığı məlumata görə, Türkiyə hərbçiləri hazırda Bəşər Əsəd qüvvələri ilə Türkiyənin müdafiə etdiyi müxalif qüvvələr arasında döyüşlərin davam etdiyi İdlib üzərində Suriyanın iki təyyarəsini vurublar. Məlumata görə, hər iki təyyarənin pilotu xilas ola bilib.

Türkiyə müdafiə nazirliyi Əsəd rejminə aid olan iki Su-24 qırıcı təyyarənin vurulduğunu təsdiqləyib. Məlumatda deyilir ki, bu təyyarələr Türkiyə təyyarələrinə atəş açmağa cəhd edərkən vurulublar. Amma onların yerdən və ya Türkiyə qırıcıları tərərfindən vurulduğu açıqlanmır.

Məlumatlarda vurğulanır ki, bu uzun müddətdən bəri döyüşlərdə vurulan ilk Suriya təyyarələridir.

Sosial şəbəkələrdə raketlərin təyyarələrə necə dəydiyini göstərən videolar paylaşılır. Həmin videoların martın 1-də İdlibdə çəkildiyi iddia olunur.

Bundan əvvəl verilən məlumatlarda bildirilir ki, Türkiyə hərbçilərinin vurub saldığı Suriya təyyarələrindən biri Türkiyəyə məxsus dronu vurubmuş. Amma bunun bilməyərəkdən yoxsa Əsəd rejiminə məxsus hava hücümundan müdafiə sisteminin atəşi ilə vurulduğu aydın deyil.

Türkiyənin müdafiə naziri Hulsi Akar bazar günü bəyan edib ki, fevralın 27-də Suriya hökumət qüvvələrinin açdığı atəş nəticəsində 30-dan çox Türkiyə əsgərinin ölümündən sonra Ankara Suriyanın şimal-qərbində Bahar Qalxanı əməliyyatı keçirir.

Türkiyə bildirir ki, Rusiya və onun dəstəklədiyi Əsəd İdlib əyalətində əldə olunan razılaşmanı pozub. Ancaq Ankara bəyan edir ki,əməliyyatın məqsədi Əsəd qoşunlarını Türkiyə sərhədindən uzaqlaşdırmaqdır və bu əməliyyatlar Rusiya ordusuna qarşı deyil.

Türkiyə KİV-ləri martın 5-də Türkiyə və Rusiya prezidentlərinin Moskvada görüşəcəyini bildirirlər. Kremildə isə hələki məlumatı tam təsdiqləməyiblər, sadəcə yaxın vaxtlarda görüşün baş tuta biləcəyi vurğulanıb.

Rusiya xarici işlər nazirliyi martın fevralın 27-də Rusiyaya məxsus Sputnik xəbər agentliyinin Türkiyə xidmətinin baş redaktoru da daxil olmaqla dörd əməkdaşının saxlandığını açıqlayıb. Həmin şəxslər Türkiyə vətəndaşlarıdır. İddia olunur ki, agentlikdə dərc edilən yazılarının birində separatizmə çağırış aşkarlanıb. Türkiyə rəsmiləri jurnalistlərin saxlanması ilə bağlı məlumatları hələki təsdiqləməyiblər.

XS
SM
MD
LG