Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:13

Türkiyədə inflyasiya son 24 ildə ən yüksək həddə çatdı


Türkiyə-Istanbul, Taksim meydanı.
Türkiyə-Istanbul, Taksim meydanı.

Reüters və digər agentliklərin məlumatına görə, iyunun 6-da 1 ABŞ dolları 16,58 lirə, Avro isə 17,78 lirə olub.

Türkiyədə inflyasiya son 24 il ərzində ən yüksək səviyyəyə çataraq 73 faizi keçib.

Bloomberg agentliyinin məlumatına görə, Türkiyə bununla 20-lər ölkələri arasında infilyasiyadan ən çox əziyyət çəkən ölkə olub.

Türkiyədən sonra 51 faizlə uzun müddətdir iqtisadi böhran yaşayan Argentina gəlir.

Türkiyə Statistika İnstitutunun hesabatına əsasən, bu 1998-ci ildən bu yana ən pis göstəricidir.

Belə ki, artıq ölkədə 12-ci aydır ki, inflyasiyanın sürətləndiyi müşahidə olunur.

Bu, əsasən, nəqliyyat sektorunda (il ərzində 107,6 faiz artım), o cümlədən ərzaq və alkoqolsuz içkilərdə (91,6 faiz ) qiymət artımı ilə əlaqədar olub. Ümumilikdəı istehlak qiymətləri aylıq 2,98 faiz artıb.

Müstəqil İnflyasiya Araşdırmaları Mərkəzi (ENAG) ölkədəki iqtisadi vəziyyəti qeyri-qənaətbəxş hesab edir. Əvvəlki aylarla müqayisədə mənzil, ərzaq və mebelin qiyməti kəskin bahalaşıb.

Reüters və digər agentliklərin məlumatına görə, İyunun 6-da 1 ABŞ dolları 16,58 lirə, Avro isə 17,78 lirə olub.

AP agentliyi yazır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi qaz, neft və taxılın qiymətinin artmasına səbəb olub və bu Türkiyədə vəziyyəti daha da gərginləşdirib.

Bütün bunlar prezident Rəcəb Tayyip Erdoğanın faiz dərəcəsini aşağı salması və bundan sonra milli valyuta lirənin dəyərdən düşməsi fonunda baş verir.

Hakimiyyət hesab edir ki, faizləri azaltmaqla kretit, ixrac və investisiyalar hesabına ölkədə infilyasiyanın qarşısını almaq olar.

Amma mütəxəssislər bunun iqtisadi qaydalara zidd olduğunu deyirlər.

XS
SM
MD
LG