Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:15

Türkiyə 'NATO məmuru'nun cəzalandırılmasını tələb edir


Omer Celik
Omer Celik

Türkiyə NATO-nun Norveçdəki təlimləri zamanı Mustafa Kemal Atatürk və Recep Tayyip Erdogan-ın rəsmlərinin atış üçün hədəf kimi qoyulması, düşmən kimi təqdim edilməsi insidentinin sonadək araşdırılmasında israr edir.

Türkiyənin Avropa Birliyi üzrə naziri Ömer Çelik deyib ki, bunu edən 'NATO məmuru' işdən çıxarılıb.

"İnsidentin bununla bitməsini istəmirik. Həmin adamın cəzalandırılmasını tələb edirik. Müttəfiq ölkələrin təhlükəsizliyini qorumalı olan NATO-nun öz qərargahının təhlükəsizliyinin qorunmadığı kimi bir halla üz-üzəyik."

Nazir bildirib ki, NATO Türkiyə prezidentindən hadisəyə görə üzr istəyib.

Amma əgər insident sonadək araşdırılmasa, bu, NATO-Türkiyə əlaqələrinə kölgə salacaq.

Buna da bax: Erdogan; 'NATO-ya inam məsələsi sual doğurur'

Hadisədən sonra Türkiyə təlimlərdəki 40 hərbçisini geri çağırıb.

NATO bildirir ki, Atatürk və Erdogan-ın rəsmlərini atış üçün hədəf kimi qoyulması alyansın əməkdaşlarının işi deyil, bunu müqavilə ilə işə götürülmüş norveçli mülki şəxs edib.

Ömer Çelik deyib ki, həmin adamın kimliyi dərindən araşdırılmalıdır:

"FETÖ-nün (Türkiyə ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarlarını "terror şəbəkəsi" sayır - red.) metodlarına oxşar bir metoddur bu. Araşdırılacaq, bütün əlaqələri ortaya çıxarılacaq. Biz NATO-nun qurucu üzvüyük, orada önəmli bir qüvvəyik. İstəyirik ki, gərəkli olan ölçü götürülsün".

XS
SM
MD
LG