Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:49

Nigeriya yaxınlığında girov götürülmüş türkiyəli dənzçilər azad ediliblər


Somali piratları Ukrayna gəmisini tutub. 2008, 20 oktyabr.
Somali piratları Ukrayna gəmisini tutub. 2008, 20 oktyabr.

Niqeriya sahillərində dəniz quldurları tərəfindən zəbt edilmiş 10 türkiyəli dənizçi azad edilib.

Bu barədə DPA və AFP agentlikləri Türkiyənin dövlət medialarına istinadla xəbər verirlər.

Dənizçilər iyulun ortalarında zəbt edilmişdilər.

“Anadolu” agentliyinin avqustun 9-da verdiyi məlumata görə, dənizçilər sağ-salamatdırlar, səhətləri də yaxşıdır.

Amma onların harda və hansı şəraitdə azad olunmaları barədə məlumat verilmir.

Dəniz quldurları adətən dənizçiləri pul qoparmaq məqsədilə tuturlar, amma bunun detalları barədə də heç bir məlumat verilmir.

Türkiyə hökumətinin məlumatına görə, Türkiyə bayrağı altında üzən Paksoy-1 gəmisi iyulun 13-də zəbt edilmişdi. Kamerundan Fil Dişi Sahilinə gedən gəmi “Kadioglu Denizcilik” şirkətinə məxsusdur və hücum vaxtı içərisində yük yox imiş.

XS
SM
MD
LG