Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 17:45

Türkiyənin turizm sektoruna 15 milyardlıq zərbə


Bodrum, Türkiyə
Bodrum, Türkiyə

►Türkiyə turizminin 2016-cı il üçün itkiləri 15 milyard dollara çata bilər

Təhlükəsizliklə bağlı artmaqda olan problemlər və Rusiya ilə pozulmuş münasibətlər səbəbindən bu il Türkiyənin turizmdən əldə etdiyi gəlirlərdə 15 milyard dollar azalma ola bilər.

Türkiyənin turizm sektorunun aparıcı nümayəndəsi olan Turizm İnvestorları Assosiasiyasının (TYD) rəhbəri Murat Ersoy iyunun 1-də belə deyib.

"Bu il ölkəmizin turizm sahəsində itkiləri 15 milyard dollara qədər arta, turist sayı isə 2015-ci illə müqayisədə 30 faiz azala bilər," deyə o bildirib. Türkiyənin Turizm Nazirliyinin verdiyi məlumata görə artıq aprel ayında Türkiyəni ziyarət edən əcnəbilərin sayı 2015-ci ilin eyni ayına nisbətən 28 faiz, başqa sözlə 1,75 milyon azalıb. Bu isə 1999-cu ildən bu yana ən kəskin enişdir.

Nazirliyin məlumatında bundan əlavə deyilir ki, Türkiyəyə səfər edən xaricilərin sayı bu ilin ilk dörd ayı ərzində 2015-ci ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz, yəni 5,82 milyon azalıb.

Türkiyə Statistika İnstitutunun (TÜİK) aprelin 29-da dərc etdiyi məlumata görə, ilin ilk üç ayı ərzində turizm gəlirləri 16,5 faiz, başqa sözlə 4,07 milyard dollar azalıb. Məlimatda 2015-ci il üçün turizm gəlirlərinin 31,5 milyard dollar olduğu da göstərilir. Bu isə 2014-cü ilin göstəricilərindən 8,3 faiz azdır. (ardı aşağıda)

Russuz qalan Antalya

Ersoyun sözlərinə görə, sektorun əsas problemi bir çox xarici tur operatorların alternativ bazarlara fokuslanaraq Türkiyəyə rəqiblər yaratmasıdır. O deyir ki, regionun aparıcı tur operatorlarının ümumi gəliri əsasən Türkiyə və Misirin hesabına formalaşırdı. İndi isə bu iki bazarda artmaqda olan təhlükəsizlik problemləri tur operatorları alternativ bazarlara üz tutmağa vadar edir.

"Bu şirkətlər öz gəlirlərinin 60 faizini itirmək riski qarşısında qalmışdılar. Ona görə də onlar öz bazarlarını müxtəlifləşdirərək yeni ölkələri təklif etməyə başladılar. Bu isə Türkiyə üçün bəzi daimi rəqiblərin yaranmasına yol açacaq. Biz bu ağır günlərin öhdəsindən yeni bazarlar tapmaqla gələ bilərik," deyə o bildirib.

____________________________________________________________

Bunlara da bax:
Valyuta ehtiyatları 12 milyard azalıb
Seks turizmi mərkəzinə çevrilən kənd
Türkiyənin turizm sektoruna 15 milyardlıq zərbə

____________________________________________________________

Ersoyun sözlərinə görə, turist məkanlarına birbaşa uçuşların təşkili çətin olacaq, çünki tur operatorlar kiçicik də olsa risk gördükləri məkanlara uçuşu dayandırırlar. O, dövlətin qrafikli uçuşlar təşkil edən şirkətlərə ciddi dəstək veridyini də deyib.

"Bu, Türkiyəyə turist axınını təmin edəcək müsbət bir addımdır. Bizim həm də daha çox beynəlxalq otel markalarına ehtiyacımız var. Bu, Türkiyədə aparıcı hava şirkətləri ilə əməkdaşlığı təmin edəcək və daha çox xarici turist cəlb edəcək. Qısası, biz özümüz yeni bazarlar yaratmalıyıq," deyə o əlavə edib.

Murat Ersoy həmçinin qeyd edub ki, turitlərin sayının azalması Ramazan ayının sonuna qədər davam edəcək. Ancaq xüsusən də müsəlman ölkələrindən Türkiyəyə gələn turistlərin sayı Ramazan bitəndən sonra artmağa başlayacaq.

Denizbankın rəhbəri Hakan Ateş deyib ki, bank TYD-nin 108 üzvünə kredit təklif etməkdə davam edir. Onun sözlərinə görə bu ilin mart ayına qədər turizm sektoruna ümumilikdə 18,3 milyar dollar kredit verilib.

Bu məbləğun 16 faizi "Denizbank" tərəfindən təqdim olunub.

"Bu ilin ilk rübü ərzində ümumilikdə sektora verilən kreditlər 2015-ci ilin eyni dövrünə nəzərən 11 faiz azalsa da, bizim turizm sektoruna veridyimiz kreditlərin həcmi 4 faiz artıb. Turizm gəlirləri Türkiyənin iqtisadiyyatında mühüm rol oynalır, xüsusən də hesabdakı mövcud boşluğu doldurmaq üçün," deyə o qeyd edib və bildirib ki, bank turizm sektorunu dəstəkləməyi davam etdirəcək.

Rusiya onun təyyarəsini vuran Türkiyəyə embarqo qoymuş, vətəndaşlarına ora getməyi qadağan etmişdi.

Buna da bax: Türkiyədə hava limanında partlayış olub

Türkiyədə hava limanında partlayış olub
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

XS
SM
MD
LG