Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:53

Suriya türkmanları Türkiyəyə pənah gətirir


Arxiv fotosu: Fəllicadan qaçqın düşmüş türkman uşaqlar Kərkükdə
Arxiv fotosu: Fəllicadan qaçqın düşmüş türkman uşaqlar Kərkükdə

Türkiyə rəsmilərinin bildirdiyinə görə, Suriyada, ölkənin şimalında qızışan döyüş əməliyyatlarından qaçan 1500-dək türkman Türkiyə sərhədinə sığınıb.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, Suriyada, ölkənin şimalında qızışan döyüş əməliyyatlarından qaçan 1500-dək türkman Türkiyə sərhədinə sığınıb.

Türkiyə yaranmış vəziyyətə görə Rusiya bombardmanını ittiham edir. Ankara bildirir ki, Rusiyanın müdaxiləsi nəticəsində ürəklənmiş Assad rejimi Suriya müxalifətinin nəzarətində olan ərazilərə hücumlarını intensivləşdirib. Bu ərazilərdə həmçinin Suriyanın türkman əhalisi yaşayır.

Qaçqınların sayı 35 minə çata bilər

Bu da xəbər verilir ki, öz növbəsində Türkiyə tərəfindən dəstəklənən türkman özünümüdafiə qüvvələri öz torpaqlarını İslam Dövləti adlanan təşkilatdan geri almaq üçün döyüş əməliyyatlarına başlayıblar.

Türkiyənin Suriya ilə həmsərhəd Hatay əyalətinin valisi Ercan Topaca 1500 türkman qaçqının Türkiyə sərhədinə gəldiyini təsdiq edib.

O deyib ki, Türkiyə, qaçqınlar üçün 575 çadır qurub və onların bütün ehtiyaclarını ödəməyə hazırdır.

Topaca AFP agentliyinə deyib ki, Ankara türkmanların yaşadığı təxminən 15 kənddən 35 minədək qaçqının gələ biləcəyini ehtimal edir.

Vali həmçinin 28 yaralı türkmanın Türkiyə xəstəxanalarında yerləşdirildiyini bildirib.

Ankara Moskvaya nota verib

Ankara Suriyada türkmanların yaşadığı ərazinin Rusiya təyyarələri tərəfindən bombardman edilməsinə

etirazını bildirib və Rusiyanın Türkiyədəki səfirinə nota təqdim edib.

Türkiyənin baş naziri Ahmet Davutoğlu deyib ki, Rusiyanın Suriyanın türkmanlar yaşayan ərazisini bombardman etməsi nəticələrə” gətirib çıxara bilər.

O deyib ki, bu barədə Rusiya tərəfi ilə danışıqlar aparıb. Davutoğlu bəyanatında təkcə türkmanların deyil, hava reydlərindən əzab çəkən başqa etnik qrupların da adlarını çəkib.

“Heç kəs terrora qarşı mübarizəni bəhanə edərək, bizim türkman, ərəb və ya kürd qardaşlarımızın üstünə hücumları legitimləşdirə bilməz” – deyib Davutoğlu.

Azərbaycanlılarla dili və məzhəbi bir azlıq

Bununla belə, müxbirlər Moskvanın Ankaranın etirazlarına çox da məhəl qoymadığını vurğulayırlar.

Son aylarda Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyənin Xarici İşlər Nazirliyinə dəfələrlə dəvət olunub.

Asia Times yazır ki, Suriyada baş verənlər prezident Erdoğanın köhnə siyasətinin dəyişmədiyini göstərir.

Ahmet Davutoğlu: Heç kəs terrora qarşı mübarizəni bəhanə edərək, bizim türkman, ərəb və ya kürd qardaşlarımızın üstünə hücumları legitimləşdirə bilməz

Putinin məqsədi Bashar al-Assad-ı nəyin bahasına olursa olsun hakimiyyətdə saxlamaqdırsa, Erdoğanın da başlıca məqsədi Assad-ın nəyin bahasına olursa olsun hakimiyyətdən getməsidir.

Suriya türkmanları daİraq türkmanları kimi azərbaycanllılarla eyni dil və eyni məzhəbi bölüşürlər. Dəqiq məlumatlar olmasa da, sünni və şiə türkmənlərin təxminən eyni sayda olduğu deyilir.

Bir sıra xəbərlərdə İŞİD-ə qarşı əksərən şiəməzhəb türkmanların vuruşduğu və İslam Dövləti adlanan təşkilatın da əsasən bu türkmanları hədəflədiyi bildirilir.

Keçmişlərdə Türkiyənin bir sıra siyasətçiləri AKP-ni “sünni” təəssübkeşliyində və şiə türkmanları etinasızlıqda ittiham edib.

Məsələn, bu ilin iyun ayında Türkiyənin Sözcü saytı hökumətin Suriya türkmanlarına münasibətini tənqid edərək yazırdı ki, Suriyanın türkman qaçqınları Türkiyə ərazisinə keçmək üçün özlərini kürd kimi təqdim etməli olurlar.

AKP və Erdoğan hökuməti bu kimi iddiaları rədd edirlər.

XS
SM
MD
LG