Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:04

Türkiyədə 7 günlük matəm elan edilib (Videolar)


Türkiyədə zəlzələdə ölənlərin sayı artır
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Türkiyədə zəlzələdə ölənlərin sayı artır

İki ölkədə qurbanların sayı 2500-ü keçib

Türkiyədə, ölkənin cənub-şərqində baş vermiş iki zəlzələdən sonra 7 günlük matəm elan edilib.

Bu barədə məlumat verən prezident Recep Tayyip Ərdoğan zəlzələ qurbanlarını sayının 1500-ü keçdiyini bildirib.

Qonşu Suriyada azı 1000 nəfərin həlak olduğu xəbər verilir.

Yaralı və xəsarət alanların sayı 10 min nəfəri keçib.

***

Fevralın 6-da Türkiyədə iki güclü zəlzələ baş verib. Bunlardan 7.8 bal gücündə olan zəlzələ səhərin erkən saatlarında, 7.6 bal gücündəki ikinci zəlzələ isə nahar saatlarında baş verib.

Zəlzələlər Türkiyənin cənub-şərq, Suriyanın şimal rayonlarında böyük dağıntılara və insan tələfatına səbəb olub.

Axşama olan məlumata görə qurbanların sayı 2 mini keçib.

Türkiyədə 1500, Suriyada isə 800 nəfərin həlak olduğu xəbər verilir.

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan birinci zəlzələ barədə onun 1939-cu il Ərzincan zəlzələsindən bəri ən güclü zəlzələ olduğunu deyib.

Türkiyədə azı 10 şəhərdə dağıntıların olduğu, azı 1700 binanın dağıldığı xəbər verilir.

Kahramanmaraş şəhərində bütöv bir məhəllə yerlə yeksan olub.

Zəlzələ rayonunda dramatik səhnələr yaşanıb. A Haber telekanalının birinci zəlzələdən sonra canlı verdiyi reportajda ikinci zəlzələ baş verib.

Suriyada da əhəmiyyətli miqyasda dağıntılar qeydə alınıb. Dəməşq və Latakiyada binaların uçduğu xəbər verilir.

Güclü təkanlar habelə Livanda, Liviyada, Gürcüstanda, Ermənistanda və Kiprdə qeydə alınıb.

Bu da xəbər verilir ki, zəlzələlər nəticəsində Qaziantepdə hələ Het çarlığı zamanında tikilmiş, Roma və Bizans imperiyaları dövründə bərpa olunmuş tarixi qala uçub.

Suriyada UNESCO-nun Dünya İrsi siyahısında olan Hələb qalasına da ziyan dəyib.

Avropa Aralıq dənizi seysmoloji mərkəzinin məlumatında deyilir ki, birinci zəlzələnin episentri Qaziantep şəhərinin yaxınlığında, yerin 20 kilometr dərinliyində olub.

Elbistan şəhəri yaxınlığında baş vermiş ikici zəlzələ yerin 10 kilometr dərinliyində başlayıb.

Bir yox, bir neçə zəlzələ zərbələri olub

Türkiyədə zəlzələdə həlak olanların sayı azı 1800-ə çatıb. Prezident Recep Tayyip Ərdoğan deyib ki, o ölü sayının artacağını gözləyir.

Seysmoloqlar deyirlər ki, bu son illərdə Türkiyədə baş vermiş zəlzələlərin ən dağıdıcısı ola bilər.

Bu da məlum olub ki, əslində bir yox, dalbadal dörd zəlzələ olub.

İlk Zəlzələ Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7 kilometr dərinlikdə baş verib.

Bu zəlzələnin gücü Rixter şkalası ilə 7.4 bal idi. Müxtəlif mənbələr 7.4-7.8 bal arasında müxtəlif məlumatlar verir.

Bunun ardınca Qaziantep vilayətində 6.4 baldan 6.6 baladək gücü olan daha üç zəlzələ olub. Bəzi mənbələr bunların ard zərbələri olduğunu bildirirlər.

Seysmoloqlar habelə 22 ard zərbəsi və ya afterşok qeydə alıblar. Alimlər ard zərbələrinin davam edəcəyini istisna etmirlər.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib ki, zəlzələnin zərbə və titrəmələri ölkənin onadək vilayətində hiss olunub.

Azərbaycan çevik xilasetmə qüvvələrini Türkiyəyə göndərir

Fevralın 6-da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola salınır. Onlar Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək verməlidirlər.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəisi Etibar İsmayılov jurnalistlərə deyib ki, Türkiyəyə habelə kinoloqlar və xüsusi təlim keçmiş səkkiz iti göndərilir.

+++

Türkiyədə zəlzələdən ölənlərin sayı 912 nəfərə çatıb. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Suriyanın dövlət xəbər agentliyi isə zəlzələ nəticəsində azı 320 nəfərin öldüyünü, min nəfərin yaralandığını yazır.

+++

Türkiyədə baş vermiş zəlzələ İraq neftini Türkiyəyə nəql edən Kərkuk-Ceyhan, yaxud Bakı-Tbilisi-Ceyhan kəmərinə ziyan vurmayıb. Bunu "Reuters" Türkiyə rəsmisinə istinadla yayıb.

+++

Titrəyişlər Misirin paytaxtı Qahirədə də hiss olunub. Ancaq zəlzələnin episentri Türkiyənin Qaziantəp şəhəri, Suriya ilə sərhədin 90 kilometrliyi olub.

+++

Suriya dövlət mediası zəlzələ nəticəsində azı 100 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirir. Əsasən Hama, Hələb və Latakya vilayətlərində xeyli bina dağılıb. Regionda bir çox bina Suriyada 12 ilədək çəkən vətəndaş müharibəsi nəticəsində onsuz da ziyan görmüşdü.

Birləşmiş Ştatlar Türkiyə və Suriyada zəlzələdən dərindən narahat olub, hadisələri yaxından izləyir. Bunu isə Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) Twitter-də yazıb.

"Türkiyə rəsmiləri ilə əlaqə saxlamışam, gərəkən bütün yardımı göstərməyə hazırıq", – o vurğulayıb.

Türkiyə dünyada ən çox zəlzələ baş verən ölkələr sırasındadır. 1999-cu ildə İzmirdə 7.6 bal gücündə zəlzələ azı 17 min nəfərin həyatına son qoyub. 2011-ci ildə şərqi Van şəhərində zəlzələdə 500-dən çox insan həlak olub.

+++

Bu gün – fevralın 6-da Türkiyənin cənubunda 7.9 bal gücündə zəlzələ olub. Zəlzələ Kiprdə, Livanda, Suriyada hiss olunub. Türkiyədə onlarla binanın dağıldığı, qarlı küçələrdə dağıntılar altında axtarış-xilasetmə işləri aparıldığı bildirilir.

Qəhrəmanmaraş şəhəri ətrafına xilasetmə komandaları və təchizat təyyarələri göndərilib. "Dördüncü həyəcan səviyyəsi" elan edilib, yəni, beynəlxalq yardım istənilir.

+++

Türkiyənin Qaziantəp şəhərinin sakini Erdem azı üç güclü silkələnmə olduğunu deyib. "Beşikdəki uşaq kimi yırğalandıq… 40 illik həyatımda belə bir şey hiss etməmişəm", – o, sözlərinə əlavə edib.

Bir dəqiqəyədək çəkən titrəyişlər nəticəsində Diyarbəkirdə azı 17 bina dağılıb.

ABŞ Geoloji Xidməti ilkin zəlzələdən sonra bir neçə titrəyiş qeydı alıb. Xidmət zəlzələnin gücünün 7.8 bal olduğunu bildirir.

Suriya dövlət mediasının xəbərinə görə, Hələb vilayətində xeyli sayda, Hamada isə bir neçə bina dağılıb.

XS
SM
MD
LG