Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:03

Türkmənistanda sahibsiz it-pişiklərin ‘ləğvinə’ uşaqlar da cəlb olunub


Uşçaqlar az məbləğdə pulun müqabilində sahibsiz heyvanları tapmalı, öldürməli, ya da Aşqabadın ətrafındakı xüsusi anqara gətirməlidirlər (Arxiv fotosu)
Uşçaqlar az məbləğdə pulun müqabilində sahibsiz heyvanları tapmalı, öldürməli, ya da Aşqabadın ətrafındakı xüsusi anqara gətirməlidirlər (Arxiv fotosu)

Bu arada xəbər verilir ki, Xalq Məsləhətinin deputatları sessiyaya “virussuz” gəlmək üçün yanvarın 10-dan Aşqabad otellərindən birində karantindədirlər

Türkmənistan hakimiyyəti paytaxt Aşqabadda parlamentin yuxarı palatasının yaz sessiyasından əvvəl şəhərin sahibsiz it və pişiklərdən “təmizlənməsinə” uşaqları da cəlb edib.

Avtoritar respublikada heyvan haqları müdafiəçiləri şikayətlənirlər ki, hazırda sahibsiz pişik və itlərin küçələrdən yığışdırılmasına sənaye işçilərindən başqa uşaqlar da cəlb olunublar.

Onlar az məbləğdə pulun müqabilində sahibsiz heyvanları tapmalı, öldürməli, ya da Aşqabadın ətrafındakı xüsusi anqara gətirməlidirlər.

Bu anqarda it və pişiklər günlərlə ac-suzsuz saxlanaraq öldürülür.

Bu məsələni internetdə qaldırmış heyvan haqları fəalları hakimiyyətin təzyiqləri ilə üzləşdiklərini, polisin onların evlərinə gələrək xəbərdarlıq etdiyini bildirirlər.

Deputatlar da “təmiz” olmalıdırlar

AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, sahibsiz it və pişiklərin ləğvi kampaniyası parlamentin yuxarı palatası – Xalq Məsləhətinin fevralın 11-də açılacaq sessiyası ərəfəsində aparılır.

Bu da xəbər verilri ki, Türkmənistanda sahibsiz it və pişiklərə qarşı kampaniyalar bundan əvvəl keçirilən böyük tədbirlər zamanı da həyata keçirilib.

Bu arada xəbər verilir ki, Xalq Məsləhətinin deputatları sessiyaya “virussuz” gəlmək üçün yanvarın 10-dan Aşqabad otellərindən birində karantindədirlər.

Türkmənistan bütün dünyada koronavirus pandemiyasını inkar edən bir-iki ölkədən biridir.

Beynəlxalq müşahidəçilər ölkədə pandemiya dövründə çox sayda insanın vəfat etdiyinə inanırlar.

XS
SM
MD
LG