Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:28

ABŞ Türkiyənin Əfqanıstana dair təklifini dəstəkləyir


Prezidentlər Co Bayden (sağda) və Recep Tayyip Erdoğan NATO sammitində
Prezidentlər Co Bayden (sağda) və Recep Tayyip Erdoğan NATO sammitində

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın rəhbərliyi altında müttəfiq qüvvələrin Əfqanıstanı tərk etməsindən sonra Türkiyənin Kabul hava limanının mühafizəsini təmin edəcəyinə dair təklifini alqışlayıb.

Sallivan iyunun 17-də müxbirlərə deyib ki, bu həftənin əvvəllərində Brüsseldə keçirilən NATO sammitində ABŞ və Türkiyə prezidentləri Co BaydenRecep Tayyip Erdoğan Türkiyənin Həmid Kərzay beynəlxalıq hava limanının mühafizəsini öz üzərinə götürməsi təklifini detallı şəkildə müzakirə ediblər.

"İki lider işçi qruplara yekun təfərrüatlar üzərində işləmək tapşırığı veriblər. Lakin liderlər Türkiyənin Həmid Kərzay hava limanının mühafizəsində aparıcı rol oynayacağına açıq niyyət bildiriblər”.

Sallivan deyib ki, Erdoğan bu məsələdə Türkiyəyə müəyyən dəstək lazım olacağını bildirmişdi və Bayden bu fikirlə razılaşıb.

Əl-Qaedanın dirçəlmə ehtimalı

ABŞ prezidenti Əfqanıstandakı bütün Amerika qüvvələrinin 11 sentyabr terror hücumlarının 20-ci ildönümünədək bu ölkədən çıxarılmasını əmr edib.

Əl-Qaedanın ABŞ üzərinə bu hücumundan sonra Birləşmiş Ştatların rəhbərliyi altında koalisiya Əfqanıstana hərbi müdaxilə etmiş və Talibanın hakimiyyətini devirmişdi.

ABŞ rəsmiləri beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra hökumətin və təhlükəsizlik qüvvələrinin Taliban tərəfindən devrilə biləcəyindən narahatdırlar.

ABŞ Senatının Büdcə Xərcləri Komitəsində iyunun 17-də keçirilən dinləmədə müdafiə naziri Lloyd Ostinə və Baş Qərargahlar Birləşmiş Komitəsinin komandanı general Mark Miliyə Əl-Qaedanın dirçəlmə ehtimalının az, orta, yoxsa çox olması barədə sual verilib.

Ostin bu ehtimalı “orta” olaraq qiymətləndirdiyini deyib. Amma o əlavə edib ki, bunun üçün Əl-Qaedaya iki il vaxt lazım olacaq.

General Mili bu dəyərləndirmə ilə razı olduğunu deyib.

Türkiyəli alim: "Şuşa bəyannaməsi"hərbi ittifaq müqaviləsidir"
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Erdoğan və Bayden S-400 məsələsində razılığa gəlməyiblər, amma...

Beynəlxalq hərbi qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra oradakı diplomatik missiyaların fəaliyyəti üçün hava limanının həlledici əhəmiyyəti olacaq.

İyunun 14-də Brüsseldə keçirilən NATO sammitində prezidentlər Bayden, Erdoğan və NATO komandanları Həmid Kərzay hava limanının işləməkdə davam etməsi üçün “keçid dövrü maliyyələşdirməsini” vəd ediblər.

Erdoğan mətbuat konfransında deyib ki, bu işdə Türkiyəyə “diplomatik, loqistik və maliyyə dəstəyi” lazım olacaq.

Müsəlman ölkəsi olan Türkiyənin hazırda Əfqanıstanda 500 hərbçisi var.

Ankara və Vaşinqton arasında münasibətlər Türkiyə Rusiyadan S-400 raket sistemləri alandan sonra korlanıb.

Sallivan deyib ki, Bayden və Erdoğan bu fikir ayrılığını çözə bilməyiblər, lakin tərəflər arasında dialoq davam etdiriləcək.

XS
SM
MD
LG