Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

Berdymukhammedov Türkmənbaşının yad edilməsinə məhdudiyyət qoyur


Saparmurat Niyazovun yad edilməsi mərasimi
Saparmurat Niyazovun yad edilməsi mərasimi

Türkmənistanda prezident aparatı nümayəndələri, hökumət vəzifəliləri və başqa məmurların iştirakilə keçirilən qapalı müşavirədə ölkənin birinci prezidenti Saparmurat Niyazovun şəxsiyyətinıə pərəstişə məhdudiyyətlər qoyulmasına dair qərar qəbul edilib.

“Xronika Turkmenistana” qəzeti yazır ki, qərara görə bundan sonra Niyazovun xatirəsi yalnız Aşqabadda onun abidəsinə əklil qoyulması mərasimində yad ediləcək.

Regionların rəhbərlərinə tapşırılıb ki, yerlərdə Niyazovun ənənəvi yadetmə mərasimlərinin keçirilməsi “tövsiyə edilmir”.

Bundan əvvəl prezident Niyazovun vəfatı günündə onun yadetmə mərasimi istənilən regionda və istənilən müəssisədə keçirilə bilərdi.

Bu da xəbər verilir ki, Niyazovun bu il dekabrın 21-də Aşqabadda keçirilən xatirə mərasimində indiki prezident Gurbanguly Berdymukhammedov iştirak etməyib.

2018-ci ildə keçirilən mərasimdə Niyazovun abidəsi qarşısında əklili Berdymukhammedov-un özü qoymuşdu.

Buna qədər, 2017-ci ildə Türkmənbaşının Qıpçaq ərazisindəki məqbərəsinə əklil qoyulması mərasimi olmuşdu. Elə həmin il ölkədə ilk prezidentin xatirə muzeyi açılmışdı.

Berdymukhammedovun baş nazir olduğu vaxtlarda (sağdan ikinci Niyazovdur)
Berdymukhammedovun baş nazir olduğu vaxtlarda (sağdan ikinci Niyazovdur)

Niyazov Türkmənistana 1985-ci ildən 2006-cı ilədək (1985-1991-ci illərdə Türkmənistan KP MK-nın birinci katibi kimi) rəhbərlik edib.

Müstəqil Türkmənistanda prezident olan Niyazov özünü “Türkmənsitan Qəhrəmanı” ordeni ilə təltif etmişdi. Elə həmin vaxtdan onun rəsmi titulu Türkmənbaşı idi.

Aşqabadda və ölkənin başqa yerlərində Niyazova çox sayda abidələr qoyulub.

Lakin o vəfat etdikdən dərhal sonra şəxsiyyətinə pərəstiş tədricən azaldılıb.

Artıq 2007-ci ilin mayında Türkmənbaşının abidələrindən biri sökülüb. 2008-ci ildə isə onun “Neytrallıq tağı” kompleksindəki nəhəng heykəli paytaxtın mərkəzindən köçürülüb.

Bu abidənin zirvəsində Türkmənbaşının qızıl suyuna salınmış heykəli qoyulmuşdu. Heykəl günəşin hərəkətinə uyğun olaraq fırlanırdı.

Qonşu Özbəkistanda da keçmiş prezident İslam Karimovun şəxsiyyətinə pərəstişə məhduddiyyətlər qoyulub.

Ölkədəki bütün telekanalların redaktorlarına Karimovun adının efirdə çəkilməməsinə dair göstəriş verilib.

XS
SM
MD
LG