Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:23

Uşaqlar neçə yaşından sosial media hesabı aça bilərlər?


Övladınız 10 yaşını keçibsə...
Övladınız 10 yaşını keçibsə...

- Amerikalı uşaqların 56%-nin sosial media hesabı var.

- Sosial media açan uşaqların orta yaşı 12-dir.

Günlərin bir günü övladınız öz sosial media hesabını açmaq istəyə bilər.

«Övladınız 10 yaşını keçibsə, bir gün, dərs ilinin başlanğıcında gəlib «internetdən filan şeyi endirmək istəyirəm» deməsini gözləməlisiniz», – San-Fransiskoda yerləşən «Common Sense Media» adlı qeyri-hökumət təşkilatından valideynlik üzrə ekspert Kerolayn Knorr deyir.

13-18 yaşlıların 80%-nin sosial media hesabı var

Bəs uşaqların hansı yaşda sosial media hesabı açması düzgündür?

Knorr-un sözlərinə görə, ABŞ-da 12-yaşlı uşaqların artıq hər hansı formada sosial media hesabı olur. Bu məlumat onun təmsil etdiyi təşkilatın 2016-cı ilə aid hesabatında da əksini tapıb. Hesabat ABŞ-da yaşayan, övladlarının yaşı 8-18 arasında olan 1786 valideyn arasında keçirilmiş sorğuya əsaslanır.

Uşaqları yaşa görə təsnif edəndə bəlli olub ki, 13-18 yaşlıların 80%-nin öz sosial media hesabı var. 8-12 yaşlıların yalnız 23%-nin sosial media hesabı var imiş.

Birminhemdəki Alabama Universitetindən uşaq psixoloqu Vivian Fridman yaşı 6-12 arasında olanların konkret düşünmə bacarıqlarının inkişaf etdiyini, 12-18 yaşlar arasında isə abstrakt düşüncə bacarıqlarına yiyələndiklərini deyir.

Uşaqlar yeniyetməlikdən öncə daha konkret düşündükləri üçün bəziləri sosial media ilə bağlı abstrakt məsələlərin həqiqiliyini tam təhlil edə bilmir, – Fridman deyir.

«Məncə, bunu etməyin ən yaxşı yolu birlikdə oturub övladınızın işlətmək istədiyi proqramı və onların işlədə biləcəyi məxfilik ayarlarını müzakirə etməkdir», – K.Knorr deyir.

13-18 yaşlıların 80%-nin öz sosial media hesabı var
13-18 yaşlıların 80%-nin öz sosial media hesabı var

13 yaşın tamam olması vacibdir

«Sonra valideynlərlə uşaqların nəyi paylaşıb-paylaşmamağın düzgünlüyünü müzakirə etməsi vacibdir. Hesab edirəm ki, 12 yaş civarı uşaqların sizin qaydalarınıza əməl etmək və onların təhlükəsizlik baxımından vacibliyini anlamaq iqtidarında olduğu dövrdür», – o deyir.

ABŞ qanunları valideynlərə saytlarda bütün məlumatlar üzərində nəzarət imkanı verir. Qanunlara görə, operatorlar, saytlar və onlayn xidmətlər valideynlərin icazəsi olmadan yaşı 13-dən aşağı olan uşaqlardan hər hansı şəxsi məlumat istəmir və belə məlumatları paylaşmır. Məsələn, Facebook bildirir ki, bu platformadan istifadə edən hər kəsin ən azı 13 yaşının tamam olması vacibdir. «Yanlış məlumatla hesab açmaq bizim qaydalarımıza ziddir», – Facebook yazır.

Facebook eyni səhifədə 13 yaşına çatmamış uşağınız özünə hesab açarsa, onu necə bağlayacağınız haqda təlimat da verir. Burada yaşı çatmayan şəxsin hesabı ilə bağlı şikayət etmək üçün xüsusi forma da verilib.

Valideynlər övladları ilə sosial media hesabı haqda danışsınlar

«Valideynlərin çoxu elə bilir ki, bu qaydanın məqsədi uşaqların təhlükəsizliyini qorumaqdır. Əslində isə səbəb odur ki, əksər sosial media platformaları məlumatı paylaşır və məlumat toplayır. Ancaq onların 13 yaşdan aşağı istifadəçilərlə bunu etməyə ixtiyarları yoxdur», – Knorr deyir.

Alabama uşaq xəstəxanasının pediatrı və Birminhemdəki Alabama Universitetinin professoru Kendis Day məsləhət görür ki, valideynlər övladları ilə sosial media hesabı haqda danışsınlar.

«Onlara deyin ki, bir adamı tanımırsa və o, dost olmağı təklif edirsə, onu qəbul etməsinlər. Kimsə təhqiramiz bir hərəkət edirsə, onu dostluqdan çıxarsınlar...», – Day deyir.

Məxfilik və təhlükəsizlik məsələləri vacib olsa da, Knorr, ümumiyyətlə, uşaqların ekran qarşısında keçirdiyi vaxtı uşaqların sosial mediaya gəlməsi baxımından ən ciddi problemlərdən biri sayır.

Amerika Pediatrlar Akademiyası 5-18 yaşlı uşaqların yataq otağında cihazların olmamasını, yatmazdan öncəki bir saat ərzində və ailəvi yemək zamanı hər hansı cihaz işlətməməsini tövsiyə edir.

Qurum valideynlərə kompüter qarşısında keçirilən vaxtın artıq çəki, yuxu problemləri, kiber-hədə, uşaqların məktəbdə zəif oxuması və digər problemlər ortaya çıxaracağı haqda xəbərdarlıq edir.

XS
SM
MD
LG