Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:16

Baş nazir müavinləri görüşüblər


(Soldan sağa)Mqer Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayev
(Soldan sağa)Mqer Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayev

Üçtərəfli işçi qrupun sonuncu görüşü iyunun 4-də Moskvada olub

İyunun 20-də Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Sankt-Peterburqda görüşüblər. Bu haqda azadlıqRadiosunun Ermənistan xidməti Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın aparatına istinadla xəbər verir.

Görüşün Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində keçirildiyi bildirilir. Baş nazir müavinləri Azərbaycandan Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan Mqer Qriqoryan Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupun həmsədrləridir.

Üçtərəfli işçi qrupun sonuncu görüşü iyunun 4-də Moskvada olub. Ondan öncə isə qrupun iki iclası keçirilib.

Bu il aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşüb. Tərəflər həm sülh sazişi üzərində işin başlaması, həm də sərhədlərin demarkasiyası üzrə ikitərəfli komissiya yaratmaq haqda razılığa gəliblər. Bu görüşdən bir gün sonra komissiya yaradılıb, Azərbaycan-Ermənistan sərhədində iki ölkənin baş nazir müavinlərinin görüşü keçirilib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib. İki ölkənin sərhədləri müəyyənləşməyib. Ermənistan müharibə bitəndən sonra Azərbaycanı onun ərazisinə girməkdə ittiham eləsə də, rəsmi Bakı sadəcə, mövqe yerdəyişməsi etdiyini bildirib.

Tərəflər mütəmadi olaraq bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

XS
SM
MD
LG