Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:27

Ukrayna mümkün terrorda "Rusiya izi" axtarır


-

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasiliy Qritsak bildirib ki, qurum 2016-cı il futbol üzrə Avropa çempionatı ərəfəsində və çempionat zamanı Fransada törədilməsi planlaşdırılan 15 terror aktının qarşısını alıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Avro-2016 ərəfəsində Fransada terror aktları planlaşdırdığı ehtimal olunan bir Fransa vətəndaşı Ukrayna-Polşa sərhədində saxlanılıb. Şübhəli şəxsin avromobilində qumbaraatan, 100 kiloqramdan çox partlayıcı maddə, detonatorlar və bir neçə Kalaşnikov avtomatı aşkar edilib.

Qritsakın sözlərinə görə, Ukraynada tutulmuş bu şəxs Fransada məscidi, sinaqoqu, vergi müfəttişliyini və avtobanlara nəzarət məntəqələrini partlatmağı planlaşdırırmış. Saxlanılmış şəxs artıq həbs olunub və ona qarşı qaçaqmalçılıq, terroçuluq fəaliyyəri və silahdan qanunsuz istifadə maddələri üzrə ittiham irəli sürülüb.

Qritsak bildirib ki, onun rəhbərlik etdiyi qurum ötən ilin dekabrında Ukraynaya könüllü adı ilə gəlmiş bu Fransa vətəndaşının ölkənin şərqindəki hərbi birləşmələrin bəzi nümayəndələri ilə ünsiyyət yaradaraq onlara könüllü dəstək vəd etdiyi barədə xəbər tutub. Həmin şəxs sursat daşımağa və bir çox başqa işləri görməyə boyun olub. Ancaq sonradan ünsiyyət gedişində o, Ukraynada silah, partlayıcı maddələr və başqa bu kimi vasitələrin haradan alına biləcəyi barədə maraqlanmağa başlayıb.

____________________________________________________________

Bunlara da bax:
«Banklar əhalinin başına oyun açmaqdan əl çəkmək istəmirlər»
Məhəmməd Əli qanlı hadisələr haqda şeirini deyir- [Video]

____________________________________________________________

UTX rəhbərinin sözlərinə görə, onlar bu məsələdə Rusiya izindən şübhələnirlər. Belə ki, saxlanılan şəxs bir Ukrayna vətəndaşının sursat dolu yükü müşayiət etməsini istəyib və bunun müqabilində əlavə bir neçə min avro təklif edib.

2016-cı ilin yayında Avropada terror aktları təhlükəsi barədə mayın axırında ABŞ-ın Dövlət Departamenti xəbərdarlıq etmişdi. Qurumun xəbərdarlığında deyilirdi ki, "yay aylarında Avropaya gələcək çoxlu sayda turist ictimai yerılərdə, xüsusən də irimiqyaslı tədbirlərdə hücumlar planlaşdıran terrorçular üçün hədəf olacaq." Dövlət Departamenti sənəddə 10 iyun - 10 iyul tarixlərində Fransada keçiriləcək Avro-2016 və iyulun sonunda Polşada keçiriləcək katolik Ümumdünya gənclər gününə xüsusi diqqət ayırıb.

Mayın sonunda "The Sun" nəşri xəbər verib ki, "İslam dövləti" tərəfdarları Avro-2016-da Rusiya-İngiltərə matçı zamanı terror aktı həyata keçirməyi planlaşdırır. "The Sun" xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən yazır ki, hazırlanan hücum barədə məlumat 2015-ci ilin noyabrında Parisdə baş vermiş terror aktları ilə əlaqəsi olan Salah Abdesalamın noutbukunda aşkar olunub.

XS
SM
MD
LG