Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:36

Ukraynanın şərqində separatçı referendumları

Mayın 11-də Luqansk və Donetsk vilayətlərində Ukraynanın şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilir. Referendumu inzibati binaları zəbt edən silahlı separatçılar təşkil edir

- Ukrayna şərqinin Slavyansk, Donetsk, Luqansk və Rusiyameylli yaraqlıların nəzarət etdiyi digər şəhərlərdə referenduma separatçı qurumlara dəstək məsələsi çıxarılıb.

- Referendum Ukrayna hökumət qoşunları ilə silahlı separatçılar arasında ağır döyüşlərdən sonra əldə olunan nisbi sakitlik şəaitində keçsə də, separatçıların siyasi mövqelərini dəstəkləməyən vətəndaşlara qarşı təzyiqlər, Ukraynanın bütövlüyünü dəstəkləyən siyasətçilərin girov götürülməsi, döyülməsi və qətlə yetirilməsi halları ilə müşahidə olunur.

- Mayın 10-da Slvyansk yaxınlığında hökumət qoşunlarının saxladığı silahlı separatçılardan 100 min"referendum bülletenləri" aşkar deyilib. Bu haqda xəbər verən Kiyev rəsmiləri bülletenlerdə artıq separatçıları dəstələyən "hə" cavablarının əvvəlcədən yazıldığını bildirirlər.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
17:30 9.5.2014

MARİUPOLDA DRAMATİK HADİSƏLƏR DAVAM EDİR

Şəhərin Rusiyameylli vətəndaşları yenə də tanış taktika istifadə edirlər. Ukrayna hökumət qüvvələrinin hərbi texnikasının qarşısını mülki adamlar kəsir, sonra da "yaşıl adamcığazlar" peyda olaraq texnikanı ələ keçirir. Lakin YT-da yayılan bu həvəskar videodan görünür ki, Ukrayna hərbçiləri də artıq hadisələrdən dərs almağa başlayırlar.
Mariupol sakinləri BMP-ni saxlamaq istəyir
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Mariupol qarşıdurması haqda AzadliqRadiosu Rusiya xidməti yazır ki, saat 12 radələrində silahlı separatçılar (onlar özlərini Donetsk xalq respublikasının nümayəndələri adlandırırlar) şəhər daxili işlər idarəsinin binasına hücum edərək silah ələ keçirməyə cəhd ediblər. Onlara müqavimət göstərən polis əməkdaşları ilə atışma baş verib. Polis əməkdaşları binanın 3-cü mərtəbəsinə qədər sıxışdırılıb. Bu zaman onların köməyinə Ukrayna silahlı qüvvələrinin xüsusi dəstələri və hərbi texnika gəlib. Ukrayna və Rusiya mənbələri hadisələr haqda fərqli məlumat, ölən və yaralananlar haqda müxtəlif rəqəmlər gətirirlər. Russia Today kanalının redaktoru Margarita Simonyan öz mikrobloqunda yazır ki, telekanalın ştatdankənar müxbiri yaralanıb.

Mariupolda və Ukraynada hadisələrin gedişini bizim bloqda izlə
16:44 9.5.2014



AzadliqRadiosu Ukrayna xidmətinin xəbər xətti müharibə hesabatını xatırladır

- Mayın 9-na keçən gecə Ukrayna ilə Rusiyanın sərhəddində, Luqansk vilayətinin Dovjansk sərhəd keçid məntəqəsində mülki avtomobil atəşə tutulub. Maşında gedən ər-arvad həlak olub. Atəş açan şəxlərin müəyyən olunması üçün araşdırma aparılır.

- Donetskdə əmək-islah koloniyasının mühafizə postuna basqın olub. 4 maşında koloniyaya gələn maskalı adamlar 1 makarov tapançası, və 3 Kalashnikov avtomatı götürərək hadisə yerini tərk ediblər.

- Mariupolda Daxili işlər şöbəsinin silahlılardan azad olunması zamanı ölən və yaralananlar var.
15:18 9.5.2014
Ukrayna hökuməti Mariupol şəhərinin "Donetsk" aqibətinin qarşısını almağa çalışır. Həvəskar videonun şəhər sovetinin binası arxasındakı məhəllə sakinləri tərəfindən çəkildiyi bildirilir. Görüntülərdə Ukrayna təhlükəsizlik qüvvələrinin əməkdaşları Rusiyameylli sakinlərin təkərlərdən qurduğu kiçik barrikadanı dağıdır, bu zaman havaya atəş açırlar.

Davamı

XS
SM
MD
LG