Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:49

Ukrayna dronların öhdəsindən gələ biləcəkmi?


Ukrayna polisi Kiyevdə kamikadze dronları vurmağa çalışır
Ukrayna polisi Kiyevdə kamikadze dronları vurmağa çalışır

Britaniya hərbi kəşfiyyatının məlumatına görə dron zərbələri Rusiya qoşunlarına döyüş meydanında uğur gətirmir

Rusiya ordusu avqust ayından bəri Ukrayndakı döyüş meydanlarında uğursuzluqlarla üzləşir.

Britaniya Müdafiə Nazirliyi bildirir ki, Moskvanın Ukraynanın mülki infrastruktur obyektlərinə zərbələr endirmək qərarını qəbul etməsi də bununla bağlıdır.

Nazirliyin məlumatında deyilir ki, Rusiya oktyabrın 10-dan başlayaraq Ukrayna ərazisindəki infrastruktur obyektlərinə uzaq məsafədən zərbələrin intensivliyini saxlamağa çalışır.

Zərbələrin raketlər və Rusiyaya İrandan verildiyi deyilən Şahed-136 dronları ilə endirildiyi xəbər verilir.

Britaniya nazirliyinin məlumatında deyilir ki, belə zərbələrdən məqsəd ehtimalən Ukraynanın enerjipaylayıcı sistemlərinə ziyan vurmaqdır.

Britaniya hərbi kəşfiyyatının məlumatına görə sözü gedən zərbələr Rusiya qoşunlarına döyüş meydanında uğur gətirmir.

Rusiya qüvvəri son üç ayda Ukraynanın yalnız iki kəndini ələ keçirə bilib.

CurrentTime saytı isə yazır ki, Ukraynaya zərbələr endirən Rusiya bu hücumlara istehsal edə bildiyindən artıq raket sərf edir.

Britaniya hərbi kəşfiyyatının məlumatına görə Rusiya ordusu oktybarın 10-da Ukrayna ərazisinə 84 raket buraxıb.

Bundan bir həftə sonra isə Kiyevin verdiyi məlumata görə Rusiya Ukraynaya İran istehsalı olan 43 intiharçı dronla zərbələr endirib.

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Polis dronları əl silahları ilə vurmaq istəyib

Bəs Ukrayna dronlara qarşı necə mübarizə aparmağı planlaşdırır. CurrentTime bu barədə hərbi ekspert, Defense Express layihəsinin nümayəndəsi İvan Kiriçevski ilə danışıb.

Ekspert Ukrayna hava hücumundan müdafiə qüvvələrinin dronlarla mübarizədə ölkənin cənubunda daha uğurlu olduğunu deyib.

O bildirib ki, cənub istiqamətində daha çox – 30 “uçan moped” vurulub. Ekspertlər İran dronlarını spesifik səsinə görə belə adlandırırlar.

Amma Kiyevdə dronları polis hətta adi əl silahları ilə vurmağa çalışıb.

Kiriçevskinin fikrincə, Kiyev regionunda hava hücumundan müdafiə sistemləri gücləndirilsəydi, Şahed-136 dronlarının 90 faizi vurula bilərdi.

Ekspert Şahed-136 dronlarının texniki xarakteristikasından da danışıb:

“Bu, qanadlı raketlərdən xeyli kiçik olan aparatlardır. X-101 və ya X-555 raketlərinin gövdəsinin uzunluğu 5 metrdir. Amma bu uçan “mopedin” uzunluğu üç metr, qanadlarının açımı 2 metrdir. Deməli, radiolokatorlar bu kamikadze dronlarını demək olar görmür. Onları görmək üçün bəzən qırıcı aviasiyanı havaya qaldırmaq lazım gəlir. Odur ki, bu dronları görmək üçün təyyarəçi öz gözlərinə güvənməlidir. Ya da onlara qarşı zenit pulemyotlarından və ya səyyar zenit-raket komplekslərindən istifadə oluna bilər”.

Bir vaxt Bayraktardan danışırdılar, indi Şahed-136-dan

Müharibənin əvvələrində media daha çox Türkiyə istehsalı olan Bayraktar dronlarından yazırdı. İndi isə əsas mövzu Şahed dronlarıdır.

Kiriçevski bildirir ki, müharibənin əvvəllərində Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya istehsalı olan minədək müxtəlif tipli kamikadze dronları vurmuşdu. Bunların arasında Lanset və KUB dronları da vardı.

Ekspert deyib ki, Rusiya ordusunun Şahed dronlarından istifadəsinə İran təlimatçılarının kömək etdiklərinə dair təsdiq olunmuş faktlar var.

Kiriçevskinin fikrincə İranın bu dronlarla işləmək üçün böyük təcrübəsi var. Səudiyyə Ərəbistanın enerji qurğularına zərbələr endiriləndə bunun öhdəsindən yüksək həssaslığa malik radarları olan Patriot komplerksləri də gələ bilmirdi.

Rusiyanın raketləri tükənir?

ABŞ-ın Hərbi Təhqiqatlar İnstitutunun (ISW) məlumatına görə Şahed-136 dronunun faydalı çəkisi – yəni partlayıcılarının çəkisi 40 kiloqramdır. Halbuki M795 sisteminin 155 mm çaplı adi mərmisinin faydalı çəkisi bundan dörd dəfə azdır.

Bu hesabla Kiyevə endirilmiş 5 dron zərbəsi 15 artilleriya mərmisinin verdiyi effekti verib. Belə zərbələr mülki infrastruktura boyük ziyan vura bilər. Dron zərbələri habelə çox sayda insanın ölümünə səbəb olur.

ISW-nin təhlilində deyilir ki, Rusiya qüvvələri dronlardan Ukrayna əhalisinə psixoloji təsir göstərmək üçün istifadə edir.

Qeyd olunur ki, mülki obyektlərə dağıdıcı ziyan vuran bu dronlar döyüş meydanlarındakı vəziyyəti dəyişə bilməz.

Bu da deyilir ki, Rusiyanın İran dronlarından istifadəsi onun özünün operativ-taktiki ehtiyatının böyük hissəsinin tükəndiyini göstərir.

XS
SM
MD
LG