Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:34

Ukraynada rusiyalılar üçün saxta pasport çap edən mətbəə aşkarlanıb


Ukraynanın Təhlükəsizlik Xidməti – SBU saxta Ukrayna pasportları da daxil saxta sənədlər çap edən gizli mətbəəni ləğv edib
Ukraynanın Təhlükəsizlik Xidməti – SBU saxta Ukrayna pasportları da daxil saxta sənədlər çap edən gizli mətbəəni ləğv edib

Ukraynanın Təhlükəsizlik Xidməti – SBU saxta Ukrayna pasportları da daxil saxta sənədlər çap edən gizli mətbəəni ləğv edib.

SBU-nun məlumatında deyilir ki, bu mətbəədə saxta pasportlar, sürücülük vəsiqələri, avtonəqliyyat vasitələrinin qeydiyyatı və daşınmaz mülkiyyət və torpaq sahibliyinə dair sənədlər hazırlanırdı.

Bu da qeyd olunur ki, mətbəənin müştəriləri arasında Rusiya vətəndaşları da var idi.

Onlar saxta Ukrayna pasportları ilə bu ölkədə yaşayışlarını leqallaşdırmaq və ya Avropa İttifaqı ölkələrinə səfər etmək istəyirdilər.

Aya 100 sifariş

Xəbər verilir ki, “xidmətin” qiyməti sənədin mürəkkəbliyindən və sifarişin təcililiyindən asılı olurdu.

Məsələn Ukrayna vətəndaşının şəxsiyyət vəsiqəsi üçün 1100 dollar ödənməli idi. Saxta sürücülük vəsiqəsinin qiyməti 600 dollara çatırdı.

Bundan başqa bu mətbəədə tibb komissiyasının hərbi xidmətə yararsızlığa dair qərarından saxta çıxarışlar hazırlanırdı.

SBU-nun məlumatına görə gizli mətbəə hər ay yüzdən çox sifariş qəbul edirdi.

Bu da xəbər verilir ki, mətbəənin aşkara çıxarılması üzərində SBU Ukrayna Milli Polisi ilə birgə işləyib.

Əməliyyat zamanı mətbəədə Kiyev, Roven, Xarkov, Odessa və Zakarpatye vilayətlərindən olan fiqurantların adları əsasında 150-dən çox axtarış aparılıb.

Axtarışlar zamanı mətbəədən saxta möhür və ştamplar, habelə holoqrafik işarələrin vurulması üçün xüsusi avadanlıq tapılıb.

Sxemin təşkilatçısına, onun Buçadan olan “kuryerinə” və daha iki nəfərə Ukrayna CM-nin iki maddəsi üzrə şübhəli bilindikləri deyilib. Söhbətin hansı maddələrdən getdiyi açıqlanmır.

Bu iş üzrə iki nəfərin artıq həbsdə olduqları xəbər verilir. Fiqurantları 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

XS
SM
MD
LG