17:55
7.6.2014
"Krım Rusiyadır, yoxsa #Ukrayna?" sualına Lukashenka belə cavab verir http://t.co/Y9cOizKggw
— AzadliqRadiosu (@RadioAzadliq) 7.6.2014
17:30
7.6.2014
PUTİN UKRAYNA SEPARATÇILARI İLƏ QƏRB ARASINDA
Vladimir Putin FSB-nin Sərhəd xidmətinə göstəriş verib ki, sərhəd pozuntularının qarşısını almaq məqsədilə Rusiya-Ukrayna sərhəddinə nəzarəti gücləndirilsin. Bu haqda Rusiya prezidentinin mətbuat xidməti xəbər verir
Məlumat Ukrayna prezidenti Petro Poroshenkonun andiçmə mərasimindən dərhal sonra yayılıb. Bir gün əvvəl Poroshenko və Putinin Fransada qısa görüşü olub. Burada Putin Fransa, Almaniya, Böyük Britaniya və ABŞ liderləri ilə də qısa danışıqlar aparıb. Xəbər verilir ki, Putin-i Ukraynanın şərqindəki silahlı separatçılara dəstək verməkdən çəkindiriblər.
Rusiya Ukraynanın şərqindəki silahlı separatçılara hər hansı aidiyyatını inkar edir. Eyni zamanda burada Ukrayna hökumət qoşunlarına qarşı döyüşən dəstələr arasında Rusiyadan gələn döyüşçülərin və silahların sayı durmadan artır.
16:28
7.6.2014
POROSHENKO VƏ "SİLAH" ƏLAMƏTİ
Ukrayna prezidentinin andiçmə mərasimində fəxri qarovul zabitlərindən biri silahı əlindən yerə salıb. Epizod Petro Poroshenko parlament binasına daxil olarkən baş verib. Yaxşı əlamətdir, ya pis? Ekstrasenslik sarıdan məlum deyil, hər halda seçmə əsgərlərdən birinin silahı əlindən salması yaxşı görünmür. Xatırlayırsızsa, Viktor Yanukovych-in də innaugurasiya mərasimində kuryoz baş vermişdi. O dəfə zabit əlindən qapını buraxmışdı. Və nəhayət belə bir zarafat var ki, 2013-cü ildə Yanukovych-in problemləri İlham Əliyevi qəbul edərkən fəxri qarovul komandiri təsadüfən əlindəki qılıncla öz papağınə yerə salandan sonra başladı...
16:17
7.6.2014
Poroshenko prezidentliyə başladı
Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko iyunun 7-də and içərək səlahiyyətlərinin icrasına başlayıb. Mərasimə 20-dək ölkənin siyasi lideri qatılıb. Poroshenko mayın 25-də - sələfi Viktor Yanukovych-in devrilməsi ilə nəticələnən kütləvi aksiyalardan üç ay sonra seçilib. (Video: Reuters)
Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko iyunun 7-də and içərək səlahiyyətlərinin icrasına başlayıb. Mərasimə 20-dək ölkənin siyasi lideri qatılıb. Poroshenko mayın 25-də - sələfi Viktor Yanukovych-in devrilməsi ilə nəticələnən kütləvi aksiyalardan üç ay sonra seçilib. (Video: Reuters)