20:56
7.6.2014
Ukraynada yeni prezident hərbi paradla qarşılanıb
Iyunun 7-də Ukrayna prezidenti kimi yeni and içmiş Petro Poroshenko paytaxt Kiyevdə hərbi paradla qarşılanıb.
Iyunun 7-də Ukrayna prezidenti kimi yeni and içmiş Petro Poroshenko paytaxt Kiyevdə hərbi paradla qarşılanıb.
22:56
7.6.2014
#Ukrayna: Son günlərin xronikası... #ukraine... http://t.co/1WDyNTaUzc
— AzadliqRadiosu (@RadioAzadliq) 7.6.2014
18:53
8.6.2014
DONBASS MÜHARİBƏ XRONİKASINDA 8 İYUN
Ukrayna şərqindəki hərbi əməliyyatların mənzərəsini yaratmaq üçün növbəti dəfə hər 2 tərəfdən gələn xəbərlərə baxaq. Bu məlumatları müstəqil mənbələrdən təsdiqləmək mümkün deyil. Tərəflər jurnalsitlərin sərbəst işini məhdudlaşdırırlar.
Beləliklə, Ruisya mediası separatçılardan aldıqları məlumatları yayır. Slavyansk şəhərinin mərkəzinin artilleriya atəşinə tutlduğu iddia olunur. “Mərmilər mərkəzi meydanda, şəhər icraiyyə sovetinin və rabitə qovşağının binaları ətrafında partlayır” – deyə İTAR-TASS yaraqlılara istinadən xəbər verir və əlbəttə “dinc əhali arasında tələfatın” olduğu bildirilir. Separatçılar həmçinin xəbər verirlər ki, Ukrayna hərbçiləri “Qrad” reaktiv raket qurğularından istifadə etməyə başlayıblar.
RİA-Novosti isə Artyomovsk şəhərində döyüş getdiyindən xəbəe verir və yazır ki, burada “bir neçə nəfər həlak olub”. Digər mənbələrə əsasən, Artyomovskda əvvəl şəhərdəki hərbi hissənin komandirinin maşını, sonra isə hərbi hissənin özü atəşə tutulub.
Ukrayna mediası isə xəbər verir ki, Donetsk vilayətinin Snejnoe şəhərində Rusiyameylli yaraqlılar müdafiə səddləri qurur, binalarınü üstündə Zenit qurğuları və snayperlər yerləşdirilər. Şəhər ətrafındakı postlarda isə səngərlər qazılır, Utes pulemetları və hərəkət edən 120 mm-lik artilleriya qurğusu yerləşdirirlər. Qeyd edək ki, Snezhnoe şəhəri Rusiya Rostov vilayətinə gedən magistral yolun üstündədir, Rusiya ilə sərhəddin bu hissəsini Ukrayna sərhədçiləri tərk etməyə məcbur olmuşdular. Xəbər həqiqətə uyğundursa, Rusiyadan Ukraynaya hərbi texnika və canlı qüvvənin keçməsi üçün yol açıqdır.
Başqa bir xəbərdə isə bildirilir ki, Milli qvardiyanın nəzdində əsasən Donetsk sakinlərindən ibarət könüllülərdən yaradılan “Donbass” batalyonuna yazılmaq istəyənlərin sayı onları qəbul etmək imknalarından çoxdur. “Milli qvardiyanın Novı Petrovtsadakı bazası vətəni müdafiə etmək sitəyən bütün könüllüləri qəbul etmək imkanından xaricdir. Bizim artıq 800 nəfərdən ibarət 2 hissəmiz formaşıb. Bu artıq batalyon deyil, polkdur...Ona görə də yeni hərbi hissə formalaşanadək bura gəlməyə ehtiyac yoxdur” – deyə batalyonun komandiri Semen Semenchenko öz FN saytında yazır.
"Donbass" batalyonu aprel ayında Dnepropetrovsk vilayətinin ərazisində yaradılıb. Onun əsas ideyası separatçıların istifadə etdiyi taktikadan dəyərlənməkdir, Donetsk vilayətinin şəhər və kəndlərinə gələrək inzibatı binaları nəzarətə almaq və onun Ukraynanın bütövlüyünə sadiq qalmağını təmin etməkdir. İlk vaxtlar müstəqil hərəkət etsə də, may ayında Karlovka kəndi yaxınlığında Rusiyameylli Donetsk sakinlərinin yaratdığı “Vostok” batalyonunun pusqusuna düşəndən sonra öz fəaliyyətini Ukrayna güc strukturları ilə əlaqələndiməyə başlamışdı.
Qərb mediasının xəbərində isə şənbə və bazar günləri Luqansk şəhərinin aeroportu uğrunda döyüşlərdən xəbər verilir. Separatçılar əvvələr də hücumlar edirdi, lakin hücum bu dəfə genişmiqyaslıdır, hiss olunur ki, onlar aeroportun işini iflic etməyə çalışırlar.
19:47
8.6.2014
Don kazakları Rusların tərəfində, Zaporoje kazakları #Ukrayna tərəfində. Kazaklar üz-üzə gələndə http://t.co/dsj3EAM18a
— AzadliqRadiosu (@RadioAzadliq) 8.6.2014