Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:45

Ukrayna müharibəsi 4 milyon uşağı yoxsulluğa salıb


Rusiyanın Ukraynaya səbəbsiz hərbi müdaxiləsi və münaqişənin iqtisadiyyata təsiri Avropa və Mərkəzi Asiyada daha 4 milyon uşağı yoxsulluğa salıb

Rusiyanın Ukraynaya səbəbsiz hərbi müdaxiləsi və münaqişənin iqtisadiyyata təsiri Avropa və Mərkəzi Asiyada daha 4 milyon uşağı yoxsulluğa salıb.

BMT-nin uşaq təşkilatı UNICEF-in oktyabrın 17-də yaydığı məlumata görə bu, bir ildə 20 faiz artım deməkdir.

Məktəblərdə qanunsuz pul yığımını necə önləmək olar?
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Təşkilat bildirir ki, Ukrayna müharibəsinin yaratdığı böhranın ən ağır yükü uşaqların çiyinlərinə düşüb.

Münaqişə və artmaqda olan inflyasiya Avropa və Mərkəzi Asiyada daha 4 milyon uşağı yoxsulluq girdabına salıb.

UNICEF-in bu məlumatı 22 ölkədən yığılmış informasiyalara əsaslanır.

Ən böyük yoxsullaşma elə Rusiyadadır

Münaqişədən ən çox Rusiya və Ukraynadakı uşaqlar təsirləniblər:

"Ukrayna müharibəsinə və region boyunca həyatın bahalaşmasına görə yoxdsulluqda yaşayan uşaqların dörddə üçü, başqa sözlərlə əlavə olaraq daha 2.8 milyonu Rusiyanın payına düşür”.

Ukraynada müharibəyə görə 500 min uşaq yoxsulluq şəraitində yaşayır. Ukraynanın ardınca bu siyahıda 100 min uşaqla Rumıniya gəlir.

Bu məlumatı UNICEF-ın Avropa və Mərkəzi Asiya üzrə direktoru Əfşan Xan verib:

"Əgər biz bu uşaqlara və ailələrə indi dəstək verməsək, uşaq yoxdsulluğu kəskin artacaq və bu həyatların, təhsilin və gələcəklərin itməsi ilə nəticələnəcək”.

Məlumatda deyilir ki, ailə nə qədər yoxsul olursa, ərzaq və yanacaq xərcləri artır, uşaq səhiyyəsinə və təhsilinə xərclənən pullar azalır.

Belə uşaqların zorakılıq, təcavüz və məcburi əməklə üzləşməsi şansı da artır.

Bu da qeyd olunur ki, yoxsulluq 4500 uşağın 1 yaşınmadəlk ölməsi, 117 min uşağın təhsildən məhrum olması deməkdir.

XS
SM
MD
LG