Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:31

Ukraynada müharibə nə vaxt və necə qurtaracaq? - Qərb mediası


Ukraynanın şərqindəki Lisiçansk şəhərinin sakinləri
Ukraynanın şərqindəki Lisiçansk şəhərinin sakinləri

The Economist jurnalı Ukraynada müharibənin necə və nə vaxt başa çata biləcəyinə dair təhlili məqalə dərc edib

The Economist jurnalı Ukraynada müharibənin necə və nə vaxt başa çata biləcəyinə dair təhlili məqalə dərc edib.

Məqalədə deyilir ki, hazırda bu məsələ ilə bağlı cavablardan çox suallar var.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, qələbə döyüş meydanında qazanılır, amma müharibələr danışıqlarla bitir. Elə isə döyüşlər nə vaxt, hansı şərtlərlə dayandırılacaq?

Qərb ölkələri bu suallar üzərində baş sındırırlar.

The Economist yazır ki, hazırda bu ölkələr bu suallara görə iki düşərgəyə ayrılıblar.

Sofiyadakı Liberal Araşdırmalar Mərkəzindən İvan Krastev deyir ki, bu düşərgələrdən biri “sülh partiyası” adlandırıla bilər.

Bunlar döyüşlərin dayandırılmasını və mümkün qədər tez danışıqlara başlanmasını istəyənlərdir.

İkinci düşərgəni isə “ədalət partiyası” adlandırmaq olar. Bunların fikrincə Rusiya bu müharibəyə görə ağır bədəl ödəməlidir.

Daha sonra müzakirələr ərazi müstəvisinə çıxır: Rusiyaya indiyədək zəbt etdiyi əraziləri vermək, Rusiyanı 24 fevral vəziyyətinə qayıtmağa məcbur etmək, yoxsa ondan 2014-cü ildən bəri işğal etdiyi Ukrayna torpaqlarının qaytarılmasını tələb etmək lazımdır?

The Economist yazır ki, hazırda “sülh partiyası” səfərbər olunur. Almaniya atəşkəsə çağırır. İtaliya siyasi tənzimləmə üçün dördfazalı plan təklif edir. Fransa “Rusiyanı təhqir etməyən gələcək sülhdən” danışır. Bunlara qarşı qəti şəkildə çıxan yalnız Polşa və Baltik ölkələri, bir də bu qrupa liderlik edən Britaniyadır.

Bəs Amerika?

Bəs Amerika? The Economist yazır ki, Ukraynanın ən mühüm dəstəkçisi Kiyevi bu müharibədə gücləndirmək hədəfindən o tərəfini hələ qətiləşdirməyib.

ABŞ bu müharibəyə indiyədək 14 milyard dollardan artıq pul xərcləyib. Konqres Ukraynaya hərbi yardımlar şəklində daha 40 milyard dollar ayırıb. Vaşinqton Ukraynaya hərbi dəstək üçün 40-dan çox ölkəni səfərbər edib. Lakin bu dəstək hüdudsuz deyil.

The Economist yazır ki, ABŞ Ukraynaya ağır artilleriya silahı versə də, uzaqvuran raket sistemlərinin verilməsi barədə qərara gəlməyib. Halbuki Kiyev bu silahları istəyir.

Məqalədə deyilir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin də üç həftə ərzində verdiyi iki bəyanatla çaşqınlığa səbəb olub.

O əvvəlcə “Qərb Ukraynanın qələbəsini və Rusiyanın zəifləməsini təmin etməlidir” deməklə sanki “ədalət partiyasına” qoşulmuşdu. Lakin nazir üç həftədən sonra rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon söhbətinin ardınca “dərhal atəşkəsə” çağırmaqla, belə görünür “sülh partiyasına” doğru meyllənib.

Qoca siyasətçinin dedikləri

The Economist yazır ki, “ədalət partiyasına” daha bir ağır zərbəni The New York Times qəzetində dərc oluinmuş məqalə vurub. Məqalədə deyilirdi ki, Rusiyanın məğlubiyyəti qeyri-realist və qorxuludur.

Bunun ardınca keçmiş dövlət katibi Henri Kissincer Davosda etdiyi çıxışında deyib ki, müharibənin daha ağır gərginliyə səbəb olmaması üçün danışıqlar iki ayın içərisində başlanmalıdır.

Onun fikrincə ən ideal razılaşma Rusiyanın 24 fevraldakı mövqelərinə çəkilməsi olardı. Kissincerin firkincə bundan daha artığı Ukraynanın azadlığı yox, Rusiya ilə yeni bir müharibə demək olardı.

Keçmiş dövlət katibi demişdi ki, “Rusiya Avropanın qüvvələr balansı üçün mühümdür və onu Çinlə daimi müttəfiqliyə təhrik etmək olmaz”.

The Economist yazır ki, Qərb hazırda bu kimi çatları “Ukrayna öz gələcəyini özü müəyyən etməlidir” kəlamı ilə ört-basdır edir.

Məqalədə deyilir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin özü də çaşqınlıq yaradan bəyanatlar verib.

O Davosda etdiyi çıxışda bir yandan “Ukrayna bütün torpaqlarını geri alanadək vuruşacaq” deyib, digər tərəfdən isə sanki kompromisə yer qoyaraq söyləyib ki, danışıqlar Rusiya 24 fevraladək olan mövqelərinə çəkilərsə başlana bilər.

İki narahatlıq

Beynəlxalq Böhran Qrupundan Olqa Oliker deyib ki, hazırda mövqelərdəki dəyişkənliyi bilavasitə cəbhədki vəziyyət təsirləndirir.

Ekspert sual edir: Ukrayna Rusiya qoşunlarını Kiyev və Xarkovdan geri oturtduğuna görə bu müharibədə qalib gəlirmi? Yoxsa Mariupolu zəbt etmiş və Severedonetski də tutmağa çalışan Rusiyamı qalib gəlir?

“Ədalət partiyası” israr edir ki, sanksiyalar Rusiyaya indi-indi təsir göstərməyə başlayıb və Ukrayna daha böyük dəstək və daha yaxşı silahlarla qalib gələ bilər.

The Economist yazır ki, bütün bunların arxasında iki bir-birinə zidd narahatlıq dayanır: Rusiya qüvvələri hələ də güclüdür və uzun müharibədə üstün gələcək. İkinci fikir budur ki, Rusiya qüvvələri zəif düşüb.

Fransa prezidenti Emmanuel Makron deyir ki, Avropa Rusiya ilə yanaşı yaşamağın yolunu tapmalıdır. Amma Estoniyanın baş naziri Kaya Kallas deyir ki, Putinin qabağından qaçmaq onu qızışdırmaqdan daha təhlükəlidir.

Hər iki tərəf qələbəyə inanır

The Economist yazır ki, indilik Ukrayna haqlı olaraq nikbindir. O Rusiyaya asan qələbə qazanmaq imkanı verməyib və Qərb silahları cəbhə xətlərinə gəlməkdə davam edir.

Bununla belə cənab Zelenskinin baş danışıqçısı Mixaylo Podolyak deyir ki, o bəzi Avropa ölkələrindəki “zəiflikdən” narahatdır:

“Onlar bunu birbaşa açıq demirlər, amma hiss olunur ki, bizi kapitulyasiyaya təhrik etməyə çalışırlar. Hər hansı bir atəşkəs dondurulmuş münaqişə ilə nəticələnəcək”.

https://www.economist.com/europe/2022/05/26/when-and-how-might-the-war-in-ukraine-end

The Economist yazır ki, müharibənin nə vaxt qurtaracağı daha çox Rusiyadan asılıdır. O isə atəşkəsə tələsmir. Belə görünür ki, Rusiya Ukraynanın şərqindəki Donbası tam fəth etmək niyyətindədir.

Kiyevdə yaşayan siyasi təhlilçi Volodimir Fesenko deyir ki, paradoks hər iki tərəfin öz qələbəsinə inanmasındadır:

“Əgər yalnız durğunluq yaransa, həm Moskva, həm də Kiyev bu vəziyyəti qəbul edəcəklər. Yalnız bu zaman hər hansı güzəştlərdən danışmaq olar. O da yəqin ki, müvəqqəti olaraq”.

XS
SM
MD
LG