Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:56

Ukrayna bankı London məhkəməsində oliqarxa qalib gəlir


Ukraynanın PrivatBank kredit bankı London məhkəməsində ölkənin ən qüdrətli maqnatlarından birinə qalib gəlib.

Londondakı Apellyasiya Məhkəməsi oktyabrın 15-də verdiyi hökmdə bildirir ki, bank faizlər də daxil 1.9 - 3 milyard dolların ona qaytarılmasını tələb etməkdə haqlıdır.

PrivatBankın baş icraçı direktoru Petr Krumphanzl məhkəmə hökmünü “bank və Ukrayna xalqı üçün qələbə” adlandırıb.

Ukraynada 3 il bundan əvvəl özəlləşdirilmiş bank iddia edirdi ki, onun keçmiş sahibləri Ihor Kolomoyskiy və Hennadiy Boholyubovun birlikdə qurduğu fırıldaq bu maliyyə təsisatına milyardlarla dollar ziyan vurub.

Məhkəmə hökmündən sonra bəyanat verən Kolomoyskiy hər hansı fırıldaqçılıq törədildiyini və banka ziyan vurulduğunu inkar edib.

Kolomoyskiy Britaniya Ali Məhkəməsindən bu işə orada baxılması üçün icazə istəyəcəyini bildirib.

Beləliklə Ukrayna hökuməti və PrivatBankın iki keçmiş sahibi arasında aylarla davam edən çəkişmə yeni mərhələyə qədəm qoyub.

Bank eyni iddia ilə Birləşmiş Ştatların məhkəmə sisteminə də müraciət edib. Buna səbəb bankla bağlı bir çox əməliyyatların ofşor şirkətlər vasitəsilə aparılmasıdır.

Lakin Ukrayna bankı barədə hüquqi müstəvidə çıxarılan qərarın təsiri 3 milyard dollardan böyük ola bilər.

Beləki ölkənin yeni prezidenti Volodymyr Zelenskiy 3.9 milyard dollarlıq kreditin qaytarılmasının dondurulmasına dair Beynəlxaql Valyuta Fondu (BVF) ilə əldə olunmuş razılaşmanı uzadacaq yeni müqavilə üçün danışıqlar aparır. İndiki razılaşmanın müddəti gələn ilin yanvarında bitir.

Lakin bu danışıqlar dalana dirənmişdi. Beləki Ukrayna məhkəməsinin bankın milliləşdirilməsi barədə qərarı ləğv edəcəyindən və onu Kolomoyskiy və Boholyubova qaytaracağından narahatlıq mövcuddur.

Ihor Kolomoyskiy (solda) və Hennady Boholyubov
Ihor Kolomoyskiy (solda) və Hennady Boholyubov

Reuters agentliyi sentyabrda yazırdı ki, belə bir məhkəmə qərarı Ukrayna üçün “böyük təhlükə” yarada bilər.

Sentyabr ayında verdiyi bəyanatda BVF PrivatBankın və ya Kolomoyskiy-nin adlarını çəkmirdi, lakin bildirirdi ki, Ukrayna korrupsiyanı buxovlamalı və oliqarxların iqtisadiyyatdakı hegemonluğunu azaltmalıdır.

PrivatBankla bağlı çəkişmə 41 yaşlı prezidentin üzərinə ağır yük qoyur, beləki onun prezident seçilməsində Kolomoyskinin əsas rollardan birini oynadığı deyilir.

Zelenskiy Kolomoyskiy-ə bankın geri alınmasında köməklik edəcəyinə dair iddiaları dəfələrlə rədd edib.

PrivatBankın və daha 80 bankın lisenziyaları keçmiş prezident Petro Poroshenko-nun hakimiyyəti dövründə ləğv olunub.

Bunların arasında PrivatBank ən tanınmışı idi. Beynəlxalq auditorlar onun hesablarında 5.5 milyard dolların çatışmadığını aşkara çıxarmışdılar.

Bank 2016-cı ildə icbari qaydada milliləşdirildikdən sonra ona mərkəzi bankın təyin etdiyi heyət rəhbərlik edir.

Milyarder Kolomoyskiyə qarşı heç bir cinayət işi qaldırılmayıb.

Kolomoyskiy keçmiş prezident Poroshenko ilə qarşıdurmada idi və buna görə də son iki ili xaricdə yaşamalı olmuşdu.

PrivatBank may ayında habelə ABŞ-ın Delaver ştatının məhkəməsinə müraciət edib. Bank Kolomoyskiy və Boholyubovu qanunsuz kredit ayırmalarında, hətta çirkli pulların yuyulmasında ittiham edir.

London məhkəməsi oliqarxlara apellyasiya icazəsi verməyib, lakin bildirib ki, onlar noyabr ayınadək öz müdafiə arqumentlərini təqdim edə bilərlər.

PrivatBank bildirib ki, keçmiş sahiblərə aid aktivlərin dünya boyunca dondurulması bu iş barədə son hökm çıxarılanadək davam edəcək.

XS
SM
MD
LG