Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:40

Il-76-nın qəzasından sonra Ukrayna və Rusiya əsir mübadiləsi ediblər


Rusiyadan qayıtmış hərbi əsirlər
Rusiyadan qayıtmış hərbi əsirlər

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, yanvarın 31-də Ukrayna tərəfinə 195 hərbi əsir qaytarılıb.

Elə bu qədər də əsir Ukraynadan Rusiyaya verilib.

Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb ki, mübadilə nəticəsində Ukraynaya 207 nəfər qaytarılıb.

Belə görünür ki, rəsmi məlumatda yalnız hərbçilərin sayı göstərilib.

Azad edilənlərdən ən yaşlısının 61, ən cavanının 20 yaşı var.

Qaytarılmış əsirlərdən ən azı 36-sının yaraları və ciddi xəstəlikləri olduğu bildirilir.

Bu, əsirləri daşıyan başqa bir Il-76 hərbi-nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod üzərində qəzaya uğrayandan bəri Kiyev və Moskva arasında baş tutan ilk əsir mübadiləsidir.

Həmin təyyarədəki bütün əsirlərin və ekipajın həlak olduğu xəbər verilmişdi. Bu təyyarənin Ukrayna tərəfindən vurulduğu iddia olunurdu.

Qarşılıqlı ittihamlar

Ukrayna prezidenti də daxil, rəsmi Kiyev həmin təyyarəyə dair Rusiyanın iddialarını nə təsdiq, nə də təkzib ediblər.

Onlar təsdiq ediblər ki, həqiqətən də əsir mübadiləsi hazırlanırdı. Kiyev bildirir ki, Rusiya əsirlərin taleyi məsələsindən Ukrayna cəmiyyətinə təsir göstərmək üçün istifadə edir. Onlar qəzanın araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasına çağırmışdılar.

Rusiya MN iddia edir ki, təyyarənin göyərtəsində 65 ukraynalı əsir, üç müşayiətçi, 6 ekipaj üzvü olub. Rusiya XİN təyyarə qəzasını “terror aktı” adlandılrb və əlavə edib ki, təyyarəyə Ukraynanın Liptsı məntəqəsindən üç zenit-raket zərbəsi endirilib.

Ukrayna MN baş kəşfiyyat idarəsindən həmin gün əsir mübadiləsi hazırlandığını təsdiq ediblər, lakin bildiriblər ki, Rusiya tərəfi Ukraynaya əsirlərin mübadilə yerinə necə gətiriləcəyini deməmişdi və bu Moskvanın “planlaşdırılmış təxribatı” idi.

XS
SM
MD
LG