Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:02

Ukrayna da Rusiya tankerini zəbt etdi


Rusiyanın indiki Nika Spirit, keçmiş Neyma adlı tankeri, Ukraynada saxlanıb.
Rusiyanın indiki Nika Spirit, keçmiş Neyma adlı tankeri, Ukraynada saxlanıb.

Ukraynanın təhlükəsizlik xidməti bu yaxınlarda Kerçdə 3 Ukrayna gmisini saxlayarkən boğazı bağlayan Rusiya tankerini tutb.

Bu barədə iyulun 25-də xidmətin Feysbuk səhifəsində məlumat verilir.

Söhbət NEYMA tankerindən gedir.

Məlumatda deyilir ki, həmin gəmi iyulun 24-də NİKA SPİRİT adı altında Odessadakı İzmail limanına daxil olub.

Ukrayna Təhlükəsizlik Xidməti və Hərbi Prokurorluğun məlumatına görə, gəminin həmin insidentdə iştirakını gizlətmək məqsədilə adını dəyişiblərmiş.

Bunu beynəlxalq informasiya sitemi vasitəyi ilə müəyyən edə biliblər.

Məlumata görə gəmidə axtarış aparılıb, sənədlər, göyərtə jurnalı və radiodanışıqların yazısı götürülüb, heyət üzvləri isə dindirilib.

Hazırda gəminin həbsi ilə bağlı rəsmi sənəd hazırlanır.

Rusiyanın xarici işlər nazirliyi tankerin tutulması ilə bağlı vəziyyəti araşdırır.

Qeyd edək ki, Rusiya 2018-ci il noyabrın 25-də Kercdə Ukraynanın 3 hərbi gəmisini və 24 heyət üzvünü saxlayıb.

Ukrayna dənizçiləri hazırda Rusiyada həbsdədirlər.

Beynəlxalq aləm dəfələrlə Rusiyanı, Ukrayna gəmiləri və heyət üzvlərini azad etməyə çağırıb.

XS
SM
MD
LG