Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

Ağ ev: Rusiya Ukrayna sərhədinə minlərlə əlavə əsgər göndərib


Londonda Ukraynaya dəstək aksiyası
Londonda Ukraynaya dəstək aksiyası

Ağ evin aparıcı rəsmisi Moskvanın qoşunları geri çəkməklə bağlı bəyanatını “saxta” adlandırıb

Qoşunları geri çəkməsinə dair “saxta” iddialara baxmayaraq, Moskva Ukrayna ilə sərhəddə qoşun yığmağı davam etdirir. Bunu Ağ ev bildirib.

Bu arada qərb ölkələri Rusiyanın qonşusuna qarşı işğala hazırlaşdığını deyərək diplomatik cəhdləri davam etdirir.

NATO-nun Baş katibi Yens Stoltenberq faktların Rusiyanın əsgərləri geri çəkməsi iddialarının əksini göstərdiyni deyib.

“Əksinə, Rusiyanın sərhədə qoşun yığmağı davam etdirdiyi görünür”, – Stoltenberq jurnalistlərə deyib.

Hazırda Brüsseldə NATO müdafiə nazirlərinin ikigünlük toplantısı davam edir. Stoltenberq toplantıdan sonra mətbuat konfransı keçirəcək.

7 minədək əlavə əsgər

Ağ evin aparıcı rəsmisi isə Moskvanın qoşunları geri çəkməklə bağlı bəyanatını “saxta” adlandırıb. Rəsmi Vaşinqtonda jurnalistlərə deyib ki, Rusiya Ukrayna ilə sərhəddə qoşun sayını “7 minədək artırıb”, onların bəziləri fevralın 16-da gəlib.

Adının çəkilməsini istəməyən rəsmi xəbərdarlıq edib ki, Rusiya Ukraynaya hücum üçün “saxta bəhanə”yə əl ata bilər.

“Onların işğalı əsaslandırmaqdan ötrü istənilən an saxta bəhanəyə əl ata biləcəyi haqda məlumatlar daxil olmaqdadır”, – rəsmi deyib.

Onun sözlərinə görə, Moskvanın diplomatik həll istəyini dilə gətirməsinə baxmayaraq, hərəkətləri “əksini göstərir”.

Prezident Biden Rusiya xalqına üz tutur
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Rusiyanın taktikası

ABŞ-ın Dövlət katibi Entoni Blinken də Rusiyanın sərhəddən əsgər və avadanlığı geri çəkmək haqda bəyanatlarını təkzib edib.

“Geri çəkilmə görməmişik”, – Blinken fevralın 16-da “ABC News”a deyib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin “tətiyi çəkə bilər. Bu gün də çəkə bilər, sabah da, gələn həftə də. Ukraynaya hücumu yeniləmək istəsə, qüvvələr ordadır”.

Dövlət Departamentinin sözçüsü Ned Prays isə deyib: “Bu, Rusiyanın taktikasıdır, ictimaiyyət üçün bir mənzərə cızaraq… əksini edir”.

Böhran aylarla “çəkə bilər”

Britaniyanln Xarici işlər naziri Liz Trass xəbərdarlıq edib ki, Putin Qərbin birliyinə meydan oxumaqdan ötrü Ukrayna böhranını aylarla davam etdirə bilər.

“Hazırda Rusiyanın Ukrayna ilə sərhəd regionlardan geri çəkilməsinə dəlil yoxdur. Rusiyanın qoşun yığmasında səngimə görünmür”, – Trass “The Daily Telegraph” qəzetində yazıb.

Trass fevralın 17-də Ukraynaya səfər edəcək.

Rusiyanın Müdafiə Nazirliyi fevralın 16-da video yayaraq ilhaq etdiyi Krım yarımadasından tankları, digər texnikanı çıxardığını bildirib. Amma sərhəddə baş verənləri monitorinq edən “Maxar Technologies” peyk təsvirləri üzrə kommersiya şirkəti Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığında hərbi fəaliyyəti gücləndirdiyini xəbər verir. Belarusda, Ukrayna sərhədinin altı kilometrliyində isə panton körpünün quraşdırıldığı xəbər verilir.

Almaniya Kansleri Olaf Şolts fevralın 16-da Rusiya tərəfdən “yeni hərbi hücum riski”nin “yüksək” olduğunu deyib. Onun ABŞ Prezidenti Co Baydenlə telefon söhbətindən sonra yayılmış bəyanatda belə deyilir. Şolts həftənin əvvəlində Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Münhen konfransı başlanır

Britaniyanın Baş naziri Boris Consonun fevralın 16-da dediyinə görə, Rusiyanın sərhədə qoşun yığmaqdan “geri çəkilməsinə çox az dəlil var”.

Fevralın 17-də Avropa İttifaqının liderləri Brüsseldə sammit keçirəcəklər. Blinken isə ABŞ-ın Vitse-prezidenti Kamala Harris ilə Almaniyaya yollanacaq. Fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı başlanır.

Kreml Ukraynanı işğal planı olmadığını deyir, Qərbin xəbərdarlığını isterik müharibə təbliğat adlandırır.

Bayden dəfələrlə qeyd edib ki, Rusiya Ukraynanı işğal edərsə, Birləşmiş Ştatlar NATO müttəfiqləri ilə birlikdə Rusiyaya sərt sanksiyalar tətbiq etməyə hazırdır. Amma o, diplomatiyanın işləyəcəyinə ümidini də ifadə edib.

Rusiya ABŞ və NATO-dan təhlükəsizlik qarantiyaları tələb edir. Buraya Ukraynanın qərb alyansına üzvlüyünə qadağa, NATO-nun Mərkəzi və Şərqi Avropaya doğru irəliləməsinin dayandırılması da daxildir.

XS
SM
MD
LG