Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:39

Zorla Rusiyaya aparılmış uşaqlardan 37-si Ukraynaya qaytarılıb


Rusiyadan qaytarılmış uşaqlar
Rusiyadan qaytarılmış uşaqlar

Bu barədə məlumatı Ukraynanın Müvəqqtəi İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi verib

Bu ilin avqustunda Xarkov vilayətinin Rusiya qoşunları tərəfindən işğal olunmuş hissəsindən Rusiyaya deportasiya olunmuş uşaqlardan 37-si Ukraynaya qaytarılıb.

Bu barədə məlumatı Ukraynanın Müvəqqtəi İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi verib.

Reinteqrasiya Nazirliyi bildirib ki, bu uşaqları Xarkov vilayətinin yaşayış məntəqələrindən Rusiyanın Krasnodar diyarındakı Kabardinka qəsəbəsinə aparmışdılar.

Jurnalist Artyom Naumlyuk özünün Twitter hesabından yazır ki, uşaqları iki ay müddətində Medvejonok uşaq düşərgəsində saxlayıblar:

"Hazırda ailələr birləşiblər və Zakarpatyedə təhlükəsiz məkanda yerləşdiriliblər. Onlar Belki və Qorinçovo kəndlərindən müvəqqəti köçkünlərin sığınacaqlarında yaşayırlar. Uşaqları yenicə təmir edilmiş rahat və təchizatlı sığınacaqlarda Zakarpatye yerli hökuməti yerləşdirib. Beynəlxalq təşkilatlar uşaqları bütün lazımi əşyalarla təmin ediblər”.

Mürəkkəb qayıdış

Uşaqların qaytarılması prosesi çox mürəkkəb olub. Valideynləri uşaqlarının yanına bir neçə Avropa ölkəsindən keçərək gedə biliblər.

Sentyabrın ortalarında Medvejonok uşaq düşərgəsinin rəhbərliyi onların burada daha bir növbə ərzində qalması barədə qərar verildiyini bildirirdi.

Avqust ayında Ukraynanın Xarkov vilayətindən Medvejonok düşərgəsinə 200-dən çox ukraynalı uşaq aparılmışdı.

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətini sentyabrın ortalarında işğaldan azad edib.

Azad edilmiş şəhər və kəndlərin sakinləri Ukrayna ordusunu alqışlayıblar.

Moskva Ukrayna Silahlı Qüvvələrinin uğurları barədə susmağa üstünlük verib.

XS
SM
MD
LG