Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:38

Ukrayna Moskvanın Xersona əlavə qüvvə göndərdiyini deyir


Xersondan sakinlərin çıxarılması davam edir
Xersondan sakinlərin çıxarılması davam edir

Ukrayna ordusunun məlumatına görə, Rusiya Dnepr çayının sağ sahilinə əsgər cəmləyir. Hər iki tərəf ölkənin cənubundakı Xerson şəhəri uğrunda həlledici döyüşə hazırlaşır.

Silahlı Qüvvələrin Baş Qərargahı oktyabrın 28-də bildirib ki, Moskva Xerson vilayətində Ukraynanın əkshücumu nəticəsində heyət itkisini kompensasiya etmək üçün yeni səfərbər olunmuş minədək əsgər yollayıb.

Məlumatda Xerson şəhəri sakinlərinin Dnepr çayının sağ sahilindən sol sahilinə köçürüldüyü bildirilir.

Sərt relyef, pis hava...

Xerson vilayəti müharibənin ilk günlərində Rusiyanın əlinə keçib, ancaq Ukrayna son həftələr vilayətə nəzarəti bərpa etmək üçün hücuma başlayıb.

Xersonu qərbdən mühasirəyə alan Ukrayna qüvvələri Rusiyanın Dnepr çayının sağ sahilindəki mövqelərinə hücum edir.

Ancaq sərt relyef və pis hava ordunun irəliləməsini yubadır, ordu bildirir.

Rusiya sentyabrın sonunda Xerson daxil, Ukraynanın dörd vilayətinin ilhaqını bəyan edib. Moskvanın vilayətə təyin etdiyi məmurların oktyabrın 27-də bildirdiyinə görə, şəhəri 70 mindən çox sakin tərk edib.

Ukrayna ordusu oktyabrın 28-də qeyd edir ki, son 24 saat ərzində 44 rusiyalı hərbçi öldürülüb, bir sursat deposu və avadanlıqla dolu anqar dağıdılıb.

Bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Kadırovun açıqlaması

Ancaq Çeçenistan lideri, Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqi Ramzan Kadırov bu həftə Xersona Ukraynanın artilleriya hücumunda 23 əsgərinin öldürüldüyünü, 58-nin yaralandığını bildirib. İndiyədək belə açıqlama az olub, çünki moskvapərəst qüvvələr böyük döyüş itkilərini nadir hallarda etiraf edir.

Şərqi Donetsk vilayətində isə Rusiya atəşindən dörd yerli sakin öldürülüb. Məlumatı vilayət hərbi administrasiyasının başçısı Pavlo Kirilenko verib.

Rəsmilər Rusiyanın hava zərbələri, dron hücumlar, mərmi atəşiylə Ukraynanın enerji infrastrukturunu vurduğunu, paytaxt Kiyevdə və başqa yerlərdə elektrikin kəsildiyini deyir.

“Torpağımızda düşmənin himnini eşitmək...”

Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, ukraynalıları belə taktika ilə qorxutmaq olmaz.

“Atəşlə bizi sındırmaq olmaz – torpağımızda düşmənin himnini eşitmək səmamızda düşmən raketləri görməkdən daha qorxuncdur”, – Zelenski oktyabrın 27-də ənənəvi videomüraciətində söyləyib. O, çıxışını qaranlıqda, vurulmuş dronun qalıqları yanında edib.

Anaları qız uşaqlarını abort etdirməyə məcbur edənlər
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Bu arada “Reuters” və “Associated Press” agentlikləri ABŞ rəsmilərinə istinadla yazırlar ki, Vaşinqton Ukraynanın Rusiya qüvvələrinə qarşı əkshücumuna dəstək üçün 275 milyon dollarlıq əlavə hərbi yardım paketi hazırlayır.

Anonimlik şərtilə danışan rəsmilər paketdə yeni böyük silah olmadığını, onun bu gün – oktyabrın 28-də açıqlanacağını söyləyiblər.

XS
SM
MD
LG