Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:19

Rusiya işğal edilmiş Zaporojyedə əhalini təxliyə edir


Zaporojye vilayətinin kəndlərindən biri
Zaporojye vilayətinin kəndlərindən biri

Ukraynanın Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan hissəsinin işğal administrasiyası cəbhə xəttində yerləşən 18 yaşayış məntəqəsinin evakuasiyasını elan edib.

Bu barədə məlumatı Rusiyanın Zaporojyeyə təyin etdiyi “qubernator əvəzi” Yevgeni Balitski özünün teleqram kanalında verib.

Balitski bildirir ki, vilayətin 18 yaşayış məntəqəsinin “müvəqqəti köçürülməsi” təşkil olunacaq.

Bu da bildirilir ki, ilk növbədə uşaqlı ailələr, yaşlılar, əlilliyi olanlar və xəstəxanalarda müalicə olunanlar köçürüləcək.

Balitski bunu “son günlərdə cəbhəboyu kəndlərin intensiv atəşə tutulması” ilə izah edib.

Valideynlər uşaqlarını gizlədirlər

“Realnoye Zaporojye” teleqram kanalı bildirir ki, işğal olunmuş Moloçansk və Tokmak rayonlarında valideynlər uşaqlarını evakuasiyanı həyata keçirən Rusiya əsgərlərindən gizlədirlər.

Yerli sakinlər bildirirlər ki, təxliyə olunmuş ukraynalıları əvvəlcə Berdyanska, oradan isə Rostova aparacaqlar.

Yerli işğal hakimiyyəti uşaqlarını buraxmaq istəməyənləri sosial ödənişlərin edilməyəcəyi ilə hədələyir.

Hazırda sözü gedən yaşayış məntəqələrində səsucaldanlarla əhalini təxliyə olunmağa çağırırlar.

Bu arada Melitopolun ukraynalı meri İvan Fyodorov xəbər verir ki, şəhər yanacaqdoldurma məntəqələrində Rusiya hərbçilərinin uzun növbələri yaranıb.

Ukrayna hakimiyyəti bildirir ki, ölkənin silahlı qüvvələri yaxın vaxtlarda Rusiyanın işğalı altında olan ərazilərin azad edilməsi üçün hücuma keçə bilər.

Bu hücumun mümkün istiqamətlərindən biri olaraq Zaporojye vilayəti göstərilir.

Priqojin Şoyqunu hədələdi, "Vaqner" in mayın 10-da Baxmutdan çıxacağını dedi
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Bununla belə Balitskinin dediyinə rəğmən son vaxtlarda sərhədboyu yaşayış məntəqələri intensiv atəşə tutulmayıb.

Ukrayna qüvvələri yalnız mayın 1-də HIMARS qurğusundan Tokmak şəhərində Rusiya hərbçi və polislərinin toplaşdığı məntəqəyə dəqiq zərbə endirib. Bunun nəticəsində Tatarıstandan olan dörd polis həlak olub.

Ukrayna mediası bildirir ki, Rusiya Xersonu tərk edərkən işğal olunmuş şəhər və kəndlərin əhalisini güllələmə və Kaxovsk SES-in partladılacağı ilə hədələyirdilər.

Xersondan dinc əhalinin “evakuasiyası” 2022-ci ilin 2 noyabrında başa çatmışdı.

XS
SM
MD
LG